Əli FM aparıcılarından biridir. 27 yaşını yaxınlarda qeyd edib. Ailəsindən ayrı yaşayan bu gənc kirayəsini ödədiyi bir otaqlı evdə yaşamaqdadır. Karyera yolunda qazandığı uğurların davamı gəlirdi.
Ən yaxın dostu Kərim idi. "Dost" demək azdır, qardaş idi rəsmən Əliyə. Əlini hər səhər maşını ilə işə buraxırdı. Özü isə Tv-də xəbər departamentində çalışırdı.
Bir də sevgilisi vardı Nazlı adlı. Gözəl idi. Amma Kərim nədənsə bu qızdan heç xoşlanmırdı. Dəfələrlə Əliyə deyirdi ki, "bu qız sənə bir gün xəyanət edəcək, qardaş". Hər axşam Nazlı ilə görüşürdü.
Günlərin birində Əli onurğa sütununda peyda olan dəhşətli ağrıya görə həkimə müraciət etməli oldu.
Nəticələri axşam Kərimlə bölüşdü.
-Dur, dur. Qusacağam indi.
-Sakitləş, Kərim.
-Nə sakitləşməsi?... Nə oldu onun adı?
-Çox uzun addır. Uzun sözün qısası, onurğa xərçəngi. Əgər hecalanma çoxdursa deməli...
-Nəyin hecalanması?
-Xərçəngin adının...
Kərim ayağa qalxaraq əllərini belinə qoyub Əlinin qarşısında sağdan-sola, soldan-sağa addımladı. Əli skamyaya söykənmək istəyəndə ağrı baş qaldırıb onu narahat etməyə başladı. Səsini çıxartmayıb dişi ilə dodağını sıxdı.
-Bəs...?-Kərim davamını gətirə bilmədi.
-İnternet araşdırmalarıma görə 50 faizlik şansım var yaşamağa. Amma əgər yayılıbsa 10-15 faizə düşür.
-Ailən bilir?
-Yox. Demək niyyətində deyiləm. Ələlxüsus anam bilməsin.
-Əli, gicləmə görüm. Atan alçqeymerdir. Anan isə bütün faciələrə dözümlü biridir.
Nazlının uzaqdan gəlişini görən kimi Kərim nifrətlə qıza nəzər saldı.
-Bəs buna demək fikrindəsən?
-Kərim, başlama yenə...
-Hər nə isə...Səhər görüşərik. Amma istəsən mənə zəng vura da bilərsən gecə.
-Danışdıq.
Kərim tələsik maşınına minib uzaqlaşdı.
-Əli, nə olub, canım?
-Nazlı, mən...mən...mən...xərçəngəm.
-Nə?!
-Hə...
Bir neçə gün sonra Əli ailəsigilə gdərək bu xəbəri onlara da bildirdi. Anası Gülnaz xanımın gözlərinə baxmaqdan çəkindi Əli. 15 yaşlı Babək səhərə qədər qardaşını danışdırdı. Amma hər nə qədər anası israr etdisə, Əli evə qayıtmaq istəmirdi. Ruhu həmişə azadlıq tələb edirdi.
Kimyaterapiyalar ərəfəsində xərçənglə mübarizə aparan müxtəlif yaş kateqoriyalarından olan insanlarla tanış oldu...
Saçlarını Kərimlə bərabər qırxırdı. Keçəl hallarında bir qəşəngcə tamaşa edərək doyunca güldülər. Artıq Nazlı onunla ehtiyatlı davranırdı. Sanki Əli ona yoluxucu xəstəlik keçirdəcəkdi. Amma Əli ondan incimirdi. Getdikcə soyuqlaşan münasibətlərin başlanğıcını Nazlı qoydu. Əli hər nə qədər onunla isti, mehriban, sengi doolu danışsa da, Nazlı öz davranış tərzini dəyişmirdi.
Kərim Əlini rəsm sərgilərinin birinə dəvət edərkən Əli təbəssümlə qəbul etmədi. Və Kərim tək getdi. Elə orada Nazlını saqqallı biri ilə yaxaladı. Tələsik uzaqdan telefonla şəkil çəkərək onu Əliyə göstərdi. Nazlı günahkarlıq hissi ilə Əlidən ayrıldı. Amma yalan olmasın da, Əli onun gedişinə heç üzülmədi. Onsuz da soyuq münasibətinə öyrəşən birinin xəyanət xəbəri onun üçün o qədər də zəlzələ effekti yaratmadı.
Kərim Əlini uzaqdan sevən Günayı yadına saldı və gözlərində ümid dolu işartı peyda oldu. Əlini yavaş-yavaş yola gətirib Günayla başlanğıc üçün ona yol göstərməyə başladı...
QEYD: Sizlərə kiçicik sirr verimmi?! Bu, əslində, real hadisədir...