Ümid həmişə sonda ölür…
Günay Ağayeva tərəfindən "Hekayə" bolməsinə 13:31 03 yanvar 2017 tarixində əlavə olunmuşdur

 

Sizə Gültəkin bacının başına gələn hadisədən danışım. Bu hadisə yayın qızmar bir günlərində baş vermişdi. O günlərdə ki,insanlar günəşin batmasını səbirsizliklə gözləyirlər.Günəşin batması iliq küləyin əsintisi ilə insanlar istirahət üçün dəniz kənarı parka, çimərliklərə üz tuturlar.Sadaladığım bu istirahətlər Gültəkin bacı üçün uzaq idi.O,18 yaşında xərçəng xəstəliyinə düçar olmuşdu. Onun üçün artıq günəş çıxmır güllər açmır,artıq quşlar oxumur,sərin küləklər əsmirdi.Getdikcə xəstəlik öz işi görürdü.Gültəkin bacını amansız xəstəlik öz şıltaqlığı ilə yorurdu.Vəziyyət elə bil həddə çatmışdı ki,artıq ölümün yaxınlaşdığını hiss edirdi O,həkimindən nə qədər ömrünün qaldığını soruşdu: Həkim isə Allaha pənah gətirərək səndən aslı olduğunu söylədi.Əgər ümidli olsan,ölmək haqqında yox yaşamaq haqında düşünsən fikirlərini,düşüncələrini yaşamaq haqqında yükləsən yaxşı olacaqsan. Bir xəstə üçün təbii ki, çox çətin vəziyyət idi.Hələki, ağır xəstə olduğunu bilə-bilə bunun əksi fikirləşmək mümkünsüz idi. Gültəkin bacı bir gün evyandan həyətə baxa-baxa ölümünü fikirləşirdi.Onun hər bir şeydən əli üzülmüş,bir vaxtlar ona işiqlı görünən hər bir şey qaranlığa qərq olmuşdu. Özünü yataq döşəyə vurmuş,hər kəsdən ünsiyyətini kəsmişdir.O ancaq ömründən gedən günləri sayırdı.Bu zaman gözü həyətlərindəki nəhəng ağaca sataşdı.O öz ömrünü yaşıl yarpaqları olan ağaca bənzətdi.Düşündüki,ömründən gedən hər bir gün həyətlərində bitən o nəhəng ağacın yaşıl yarpaqları kimidir.Düşünürduki,yaşıl yarpaqlar necə düşəcəksə,ömrüdə elə son verəcək.Hər ay,hər gün.hər saat vaxt keçdikcə eyvana çıxar ağacın budaqlarına baxar yarpaqların düşməsini sayardı.Hər yarpaq saralıb düşdükcə ömrünün bitəcəyinə əmin olardı.Artıq yarpaqlar azalmışdı.Nəhayət sonuncu yarpaq ağacdan asılı qalmışdı.Gültəkin bacı hər saatdan bir yarpağın düşməsi üçün ağaca baxırdı.Sanki bütün xəstəliklərini unutmuş kimi,dərdinin yalnız ağacın yarpağının düşməsi olmuşdu.Vaxt keçir ağacın tək yarpağı hələdə ağacda tərpənmədiyi halda qalırdı.Yarpağın düşməməsi Gültəkin bacını yaşamağa ümidləndirirdi.Başda Allahın möcüzəsi,həkimlərin səyi nəticəsində Gültəkin bacı sağalmağa başlayırdı.Artıq oda sağlam insanlar kimi, sərin yaz günlərində dəniz kənarı parka, gəzintilərə gedirdi.Artıq uzun illər keçmiş,xəstəlik unudulmuş,həyata davam edilmişdi. Gültəkin bacı eyvana çıxdıqda bayırdakı təmiz havanı bol-bol ciyərinə çəkirdi.Birdən gözü həyətdəki nəhəng ağacın budağındakı o yaşıl yarpağa sataşdı.Gözlərinə inanmadı. Öz-özünə dedi: Axı necə ola bilər üstündən neçə fəsil keçib qışın oğlan çağında bütün ağacların yarpaqları tökülüb,yalnız o yarpaqdan başqa.Tez qaçaraq həmin nəhəng ağacın yanına gəldi.Sən demə ağacın arxasıda bir böyük bina var.Gültəkin bacının qardaşı bacısına ümid olsun deyə həmin binanı ağacla birləşdirən budağına yarpaq şəkli çəkmişdi.Gültəkin bacının dediyinə görə ailəsindən gələn bu dəstək ona ümid olmuşdu.Onun dili ilə desək ümid həmişə sonda ölür.

Günay Ağayeva


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0236 saniye