Ümid Yağışı
Əlsəftər Dayı tərəfindən "Hekayə" bolməsinə 09:00 08 yanvar 2016 tarixində əlavə olunmuşdur

Yalnızlıq... Nədir yalnızlıq?.. Dərdini bölüşəcək bir nəfərin olmaması, ya dərdini bölüşdüklərinin səni anlamaması? Əslində yalnızlıq həqiqi orjinallığı ilə hətta ən böyük hisslərini belə... Yox elə ən çox ən böyük hisslərini bölüşə bilməməyin adıdır.

Yalnızlıqdan bəzən az qalır ki, canım bədəndən bezsin, amma heç nəyə baxmayaraq bir Ümidlə yaşamağa davam edirəm. Bu Ümid məni dünyanın hər qarışını gəzməyə vadar edib. Bu Ümid məni dünyanın yarısına tanıdıb. Yalnızlıq və Ümid bu iki hiss birləşərək kimləri nə yerlərə gətirib. Həyatın hər anı yalnızlığı bitirmək ümidi ilə yaşayıb yaradanlarla doludur əslində. Və mən də bir gün bu yalnızlığı bitirmək ümidi ilə yaşayır, yaradır və yaşayıram.

Təbiət isə öz növbəsində bu gün məni sevindirir. Narın yağış yağır və bu mənim ən çox sevdiyim hallardan biridir. Yağış... Mən yağışı niyə bu qədər çox sevdiyimə də bir məna verə bilmirəm. Bir yığın damla bulud adlı toplumu tərk edərək sürətlə yerə doğru hərəkət edir. Yerlə toqquşur və onun rəngini, tərkibini dəyişir. Bu hadisəni mənə sevdirən nədir ki? Niyə mən bu hadisələri sevirəm?...

Sevən

Hər gün sevdiyini görmək və onun bütün cazibəsi ilə qarşında durmasına baxmayaraq. Ona yaxınlaşmamaq. Yəqin ki sevən qəlb üçün ən çətin vəziyyətdir…

Hər an sevdiyim gözümün önündədir. Bəlli bir məsafədədir və mən bir gün belə ona doğru hərəkər edə bilmərəm. Pərvanə şamın başına fırlandığı kimi mən də onun başına fırlanıram amma o mənə mən ona qadağanam. Hər gün daha çox pərvanə kimi özümü ona vurub yanmaq istəyərəm amma… Ammalar bitmir. Özümü bu ammalardan asılı hiss edirəm. Yox elə Ammalardan asılıyam. Tək əlimdən gələn özümdən bir parçanı ona yollamaq və sonar da o parçanın onu necə gözəlləşdirdiyinə tamaşa etməkdir.

Məni yıxılmağa qoymayan Ümiddir. Özümdən qopardığım parçaların ona çatmasına ümid edirəm. Çatıb sevdiyimə can verəcəyinə. Bu ümidlə yaşayıb yaradanlarla doludur bütün aləm və mən də onlardan sadəcə biriyəm…

Aşiq

Eşq: İki əsas iştirakçısı vardır. Bu iki nəfər özlərindən bəzi şeyləri fəda edərək və ya bəzi şeyləri özlərinə əlavə edərək eşqə və bir birlərinə layiq olmağa çalışırlar. Aşiq daim məşuqla nəfəs alır.

Öz məşuquma baxaraq təsəlli tapıram, amma, bu təsəlli belə öz özlüyündə daha böyük bir həsrət hissi gətirir. Ən çətini Məşuqu hər gün gördüyüm halda qolumdakı zəncirləri qırıb ona tərəf gedə bilməməyimdir. Bu hal mənim bir an da rahat olmamağıma səbəbdir. Hər an bu zəncirləri qırmağa çalışıram, amma, alınmır.

Bir gün mütləq bu zəncirləri qıracağam. Mən buna əminəm. Bu ümid deyil əminlikdir. Diqqətlə baxanda bu əminliyim də Ümiddən yaranır. Bir gün bu zəncirləri qıracağıma Ümid edirəm. Bir gün ona qovuşacağıma və həmin anın dünyanın ən mükəmməl anı olacağına da inanıram edirəm. Bir gün QOVUŞMA mütləq olacaq…

Son

Addımlarım məni yağışla birbaşa təmasa tərəf aparır. Budur hər nə qədər yağışın altında gəzməyi sevsəm də yerimdə donub qalmışam. Qollarımı açıb səmaya, təkcə bədənimin deyil ruhumun dərinliklərini titrəməyə vadar edən damlaların qopub gəldikləri buludlara tamaşa etməyə başlayıram. Damlalar öncə mənə toxunur, sonar ruhuma toxunaraq sürüşüb torpağa qarışırlar. İlk dəfə yağışı düşünməyə başladım. Yağışıı mənə sevdirən səbəb haqda düşünməyə. Yağışda nə var idi ki mən onu belə sevirəm...

Yağış damlaların buluddan qoparaq yüksək sürətlə yerə doğru gələrək yerlə birləşməsi və... Niyə yağışa da digər hadisələrə olduğu kimi uştirakçıların gözüylə baxmağı yoxlamıram? Yağışı bir də buludun, damlanın, yerin gözüylə oxumaq lazımdır.

İndi yağışı oxuyuram. Yerin gözündə yağış nədir? Yer damlanın yolunu gözləyən, damla çox gecikərsə yaralanan biridir. Yerin gözündə yağış çoxdan gözlədiyinə qovuşmaqdır. Yerin gözündə yağış gözlədiyinin gələcəyinə Ümid yaradandır. Gözü yol cəkənlər. Onu ya da ondan bir parçanı gözləyənlər yerin gözündən oxuyur yağışı və sevirlər...

Bulud üçün yağış öz qəlbindən, özündən parçanı yerə çatdıran vasitə idi. Məhz bu parçalar yerin yaralarını sağaldır, onu daha da gözəlləşdirirlər. Buludun öz parçalarını yerə çatdırması və ən önəmlisi yerin xoşbəxtliyi ilə xoşbəxt olması hər yalnız aşiq üçün Ümiddir. Onun xoşbəxtliyndə xoşbəxt ola bilmə ümidi. Bəli yağış həm də yalnız aşiqlərin Ümididir.

Damla üçün yağış vüslatın özüdür. Damla bulud adlı xəncirə bağlı olan həmin aşiqdir. Hər gün Məşuqu görüb qovuşmağa can atan Damla üçün bir gün zəncirdən qopub Yerlə qovuşmanın adıdır yağış. Yəni vüslat həsrətində olanlar üçün vüslata olan ümiddir yağış.

Yağışı sevirəm, cünki, yağış mənim üçün Ümidddir. Yerlə qovuşan hər bir damla yeni ümid mənbəyidir. Yağış dünyanın hər yerində görən qəlbə sahib olanlar üçün ümiddir. Yağışı yaradan ümiddir və yağışın da səbəbi ümiddir. Yağış elə bir vüslatdır ki kitab onu ən gözəl sözləri ilə mədh edib. Müdriklər yağışa göylərin bərəkət qapılarının açarı deyiblər. Çünki yağış həyatın yenidən başlamasıdır.

Bu an dünyanın hər hansı yerində kimlərsə mənim kimi yağışı damlanın, buludun, yerin ya da kitabın gözündən oxuyub ümid edirdi. Yağış onlara da ümid verirdi. Deməli mən əslində yalnız deyiləm özümü yanız hiss etməyə haqqım yoxdur. Yağış bu dəfə təkcə ümid deyil oxuya bilən qəlb üçün yağış onun varlığının dəlilidir. Artıq mən əminəm ki, dünyanın harasındasa mənim yolumu gözləyən, yağışla mənim qurduğum əlaqəni quran və məhz mənim yarım olan biri var və bir gün biz mütləq bütöv olacağıq.....


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Əlsəftər Dayı
Haqqında
Şərhlər mənimçün çox önəmlidir...
Əlaqə
Tel.:
0504211127
E-mail:
husen_esgerov@live.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0314 saniye