Ümidsiz olmayın, ümid SİZ olun!
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 01:11 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Qaranlıq otaq və mən...
Sabahın açılacağına ümid yox. Yoxlardan ibarət mənasız bir həyatın içindəyəm...

Bu nə bezdirici bir həyatdır?
Hamı eyni yaşayır, hamı eynı düşünür.
Külək əsir, hər tərəf qaranlıq. Yemək istəmirsən, çaydan da zəhlən gedir.

Uşaqların səsi başına düşür. Telefonu götürüb rəfiqənə zəng edirsən. Onun da gündəlik qayğıları, problemləri bitmək bilmir. Bir bahanə ilə sağollaşırsan. Heç olmasa televizoru açım. Və budur, "palatka" toyu kimi verlişlər lap sinirinə toxunur. Televizoru bağlayıb, bir fincan qəhvə də götürüb, yatağa uzanaraq neti açırsan.

Öldürülən uşaq xəbərləri, müharibələr, olmayan ümidini də lap yerlə-yeksan edir. Yatmağa çalışırsan. Gözlərini tavana zilləyib, xəyallara dalırsan. Nə mənasız həyatdır? Yorğun və ümidsizəm. Sabahın açılmağını belə istəmirəm. Hər tərəf aydınlanır. İnsanların iç üzü daha aydın görünür. Gecə şəhər sakitliyə bürünür. Canlı insanlardan çox, qəbiristanlıq daha doğmadır. Zərərsizdir...

Və... beləcə səhər olur.
Qonşunun səsi səni yuxudan oyadır. Başımı yorğana bürüyüb, bəlkə gedər deyə düşündüm. Getmədi ki, getmədi. Saçları dağınıq vəziyyətdə də cavab verdim. Olar su götürüm? İşıqlar sönüb, bizə su çıxmır. Buna görə də insanı narahat edərlər? Bu insanlar niyə bu qədər maraqsızdır?!

Bir tikə yemək yeməyə çalışırsan. Dağınıq yataq, cavabsız zənglər, mesajlar... Düşünməyə başlayırsan.. gözlərini yumub, keçmişə qayıtmaq istəyirsən.. İlahi, bu mümkün olardımı? Bəlkə onda daha tez ölmək istəyərdim. Bu yaşa gəlib çatmamaq üçün. Üzüldüyüm zamanlar, anamdan ayrı qaldığım günlər. Hə... bir də indi sevdiyinçün darıxmaq var. Haradadı, nə edir, hansı qızladır? Bir qısqanclıq küləyi əsir könlündən. Ört-basdır etməyə çalışırsan. Budur, xəyallarda gəzə-gəzə bir şeylər atışdırdıq.

Danışmaq istəmirsən kimsə ilə. Gedib yatağına girirsən. Saat biri göstərir. İndi də gecənin düşməyini gözləyirsən. Hərdən külək pəncərəni tıqqıldadır. Bir də bu pişik yoxmu, bezdirib məni. Bəlkə acdır? Mənə nə? Getsin özünə yemək tapsın. Qoy, bir baxım. Yerimdən durub pəncərədən baxıram. Gözləri ilə nəsə deməyə çalışır. Deyəsən, acdır. Yerinə uzanmaq istəyirsən. Qoy getsin, öz işinin dalınca. Baxışları qoymur. Ürəyin dözmür və soyducunu açıb artıq qalan yeməkdən götürürəm. Həyətə düşürəm. Qaçmadı məndən, sanki yemək gətirəcəyimi anlamış kimi gözləmişdi. Yeməyi qarşısına qoydum. Yeməyə başladı, evə qaydıb bir qab su da apardım. Yeməyi yeyib bitirmişdi, suyu qoydum, içməyə başladı. Təşəkkür edirmiş kimi ayaqlarıma dolaşdı. Və getdi.

İçimdə bir rahatlıq, bir hüzur vardı. Vicdanım rahatlamış, üzümə təbəssüm gəlmişdi. Demək yatsaydım, ac qalacaqdı. Ümidi mən idim. Gözləmişdi məni, gələcəyimi bilirmiş kimi. Ümidini itirmədi və mən gəldim. Qarnını doyurdum. Ümidi oldum.

Evə gələrək telefona baxdım. Cavabsız zənglər, narahat mesajlar. Bir də vicadan əzabı keçdirdim. Mənimçün bu qədər narahat insan varkən, mən niyə ümdisiz olduram?

Ümidsiz olmayın, ümid SİZ olun!


Sabina Paşayeva...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0322 saniye