Gözlərim yalnız cəhənnəmə baxır sanki.Qaranlıq bir dünyada ağlayan minlərcə körpə, və ən pisidə aclıqdan ağlamaları. Peşmanlıq hissi keçirən analar,kaş ki belə bir dünyaya gətirməsəydim deyə düşünən minlərlə ana.
Gah sağa baxıram gah sola, səbəb axtarıram,bu dünyada bir az daha qalmaq üçün sadəcə bir səbəb. və gözlərim gəzərkən 5-6 yaşlarında iki uşağın ayaqları yalın olan uşaqların oyunlarını gördüm ac olduqları hər hallarından bilinirdi. Və mən yenə fikirləşirdim ki onlar bu ac halları ilə oyun oynayırlar deyəndə gözlərim onların gözlərinə sataşdı o iki uşağın gözlərinə və üz təbəssümlərini gördüm;diqqətlə baxdıqca umud görünürdü gözlərində onların. Oturub bir yerdə saatlarca düşündüm; əslində mən səhv yerə baxırmışam deyə, mən onların ayaqlarına yox üzlərinə baxmalı idim, çünki onlar hər nə qədər ayaqları yalın, qarınları ac olsada onlar həyatlarından razı və onlara gəlib kömək edəcəklərini bilirdilər. Belə bir cəhənnəmdə cənnət quran 5-6 yaşlarında uşaqların öz həyatlarından razı olduğunu və umudun nə olduğunu öyrəndim.