Unitaz, aftafa və Qurani-Kərim! – Cahil müsəlman təxəyyülündən yaranan imp-rovizə tezisi
NİKOLAY tərəfindən "Digər yazılar" bolməsinə 22:07 08 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Di, gəl  indicə hamamdan çimib çıxan dindara  başa sal ki,  ay allahın gözdəniraq bəndəsi, axı  bayaqdan bir  tonluq çəndəki suyu israf etmisən. Niyə? Qəsdin nədir?

Niyyətin, allahın nəzərində yüksəlməkdirsə, bəs  su damcılarının günahı nədir?  Ki, suyu  dəqiqəbədəqiqə  ovuclarına  dolduraraq israf edirsən.

Deməli, allahın  hüzurunda zəlil olmağı qəbul etmək,  göylərin hegemon  fərdinin  diqqətini çəkmək, ümumən   bədəni başdan-ayağa  təmiz saxlamaq, islam inanclı müsəlmanların hoqqabazlıqlarından xəbər verir.

Onlar  şeytanı,  mələyi, hətta  imanlı bir kəsi ustalıqla aldatmaq bacarığına sahibdirlər.  Bu sahədə onların  peşakarcasına mahirliklərinə söz ola bilməz.

Deyək, bu əməlləriniz  də  cəhənnəm, bir kənara. Üstəgəl, hamamda yuyunmağın ardınca  namaz niyyəti üçün  dəstəmaz almağın nə faydası var?  Bunun mənası nədir?

Elmi tezislər təsdiqləyir ki, Məhəmməd peyğəmbər başqa bir dinin müqəddəsliyini məhv etdikdən sonra, özünün şəxsi  ideoloji aspektini, yəni islami analizlər çərçivəsini  təbliğ etməyə başlayır.

Hərçənd ki, o din bütçülüyün qənimi oldu, nəticədə.

İslamiyyətin  diqqətcil  əfəndisi   ürəyinin dərinliyində əsas məqamdan agah idi, bəlkə də.  Və ya  çox gözəl dərk edirdi ki, bütçülüyün bədbəxtçiliyi üzərində heç vaxt  islamın  xoşbəxtçiliyi var olmayacaq. Bu bir iflasın acı sonluğudur, yəqin. Süqutudur.

İş bununla yekunlaşmır, eyni zamanda  Məhəmməd peyğəmbər  pinti, üst-başı daima iylənən, murdar xislətli, vəhşiliyə adət etmiş, üstəgəl  xalqlar arasında iman xətrinə  belə olsa hörməti, nüfuzu olmayan ərəblərə   “İslam”ın  ən  əsas mahiyyətini anlada bilmədi.  

Təəssüf! Ona kimsə vaxt ayırmadı, adicə  qulaq asmaq naminə. Ehtimal ki, həm Məhəmməd peyğəmbərin, həm də onun elçisi olduğu dinə iman gətirən müsəlmanların insanlığa məxsus əqidə bağlılığında kasadlıq sezilirdi. Və yaxud, başqa ehtimallar.  

***

Nənənimin nənəsinin ulu nənəsi deyilənə görə bir gün vaxt  tapıb Məhəmməd peyğəmbəri görmək üçün Məkkə-Mədinə tərəflərə üz tutur. Az gedir-çox gedir, nəticədə iynə boyda yol gedir.Günlərdən  bir gün  o  istədiyi yerə gəlib   çatır. Və s, və s.

Bu yanından o yanına qədər istədiyim kimi nəql etmək istərdim, bu uydurulan rəvayəti. Ancaq, dediklərim hazırki dövrdə öz əksini hədislərdə tapacaq. Bu isə çox qorxuludur.

***

Bir vaxtlar  qonşuluqda yaşayan  Ülkər  nənə  ölənədək namaz qıldı, lakin   bir dəfə də olsa  allahın birpərdəli surətinə, onun işıqlı cizgilərinə rast gəlmədi.   O, bu dünyada ilahi nemətlə mükafatlanmadı. 

Baxmayaraq, allahdan üz döndərmədi. Fikrimcə, daha dəqiqi o, əqli kəsəndən bəri inandığı varlığın mövcudluğunu   bu yaşdan sonra yoxluq şəklində  özünə sindirə bilmədi.

Um-küslüyü nəzərə almasaq, Ülkər nənə ötəki dünyaya təəccüblə dolu suallarla getdi.  Hələ  onun  can verərkən gözü açıq olduğundan danışmıram.

O biri  qonşumuz   Vaqif baba isə  bütün günü içki şüşələrin yanında vaxtını keçirirdi.  Əyyaş idi. O da pis əməl törətməkdən uzaq birisi idi.

Hazırda ikisi də dünyasını dəyişib.  İndi, di, gəl, hər ikisinin o biri dünyada hansı yerdə olduqları haqqında baş sındır. Qəliz məsələdir, vallah.

Namaz yolu ilə ərəbləri tənbəllikdən xilas edən, onları psixoloji sarıdan  təkmilləşdirən, ən azından onlara  fiziki  məşğuliyyət qazandıran Məhəmməd peyğəmbərin özü sağ ikən namaz qılıb, sizcə? Bu barədə  düşünmədən olmur. Faktlar isə yoxdur.   

***

Bütövlükdə, bayaqdan deyilənlər bir kənara. Söhbət təmamilə başqadır, əslində. Əsas məğz  bir müsəlmanın  sosial həyatının təmini və onun  yaşayış prosesinə uyğunlaşmasıdır.

Orta Şərqdə  Fələstin tarixinin  xüsusi siması  hesab edilən  və fələstinlilərin ümid çırağına çevrilən  Yasər Ərəfat, zatən  sağlığında  Fələstin-İsrail  arasındakı  isti  münasibətlərə soyuq su çiləmişdi.  Dostluq naminə  bağlanan  bütün lentləri  “qayçıyla”  sonsuzadək  kəsmişdi.  

Xalqın gözündə xilaskar  obrazını əldə edən bir inqilabçı  unitazın kəşfində yekdil olan yəhudiləri bu əməlinə görə sərt şəkildə qınamışdı.  Unitazın  şeytan aləti olduğunu deyirdi.  

Belə ağılsız davranışlar  həmişə   istənilən   siyasi  şəxsiyyətin  xronoloji  həyatında  silinməz  ləkə izi qoya bilir.  Əfsus ki,  o  xalqına zərbə vurmuşdu, bu əməli ilə.  Bu isə  bağışlanmazdır.

Təsəvvür edin, bütün fələstinliləri unitaza qarşı cihad eləməyə çağıran Yasər Ərəfat,  bəlkə də o biri dünyada bu  hərəkətini yada salıb  özünə doyunca güləcək. Kim bilir?

Əgər, günbəgün  Qüdsdə qızğın savaş hökm sürürsə, günahsız insanlar   heç uğruna güllələrə tuş gəlirsə, əlbəttə   bunun səbəbkarı, eləcə də əbədi günahkarı  Yasər Ərəfat və onun kimi adamlardır.

Sözsüz ki, islama kor-koranə inanmaq və optimallıq  önündə  susmağı seçmək, üstəlik  susaraq hər şeyi “düzgünlük” qismində təsdiqləmək   müsəlmanların əbədi məşğuliyyətidir. Buna hoqqabazlıq da demək olar.

Fələstində  Ərəfat kimi insanların dediklərini düşünərək, hafizələrdə analiz etmək fələstinlilərə aid xüsusiyyət  deyil. Belədirsə, bu bir liderə şəkk hesab olunur. 

Beləliklə, müqəddəs  Qüds şəhəri  səmavi kitabla  mükafatlanmış yəhudilərlə  ərəblərin  cəhənnəminə çevrildi. İndi də çıxılmaz yolların bədəlini allaha inanmaqdan və ona sığınmaqdan başqa günahı olmayan insanlar ödəyir.

Bugünədək  Qüds  su əvəzinə  hər iki xalqın qanını ilə qidalanır. Məhz, cahillik budur. Nə qədər yağış yağsa da, külək əssə də insan qanı  ört-basdır edilmir, oralarda. Qan izi mütləq torpağın üzərinə hopur. Qanı isə qan yuyur, başqa heç nə.

İslam inanclı dindarların  zənnincə,  aftafadan imtina edilərsə,  14 əsrlik din tarixi ayaqlar altında  tapdalanar.  Əlləri  aftafanın lüləyindən axan su ilə yumaqla da  israfçılığın qarşısını almaq mümkün olar.

Mənim düşüncəmə görə, müsəlmanlar  həmişə    “düşünmək və savab  qazanmaq xatirinə  nəsə düşünmək”  xislətinə sahibdirlər. Bu da  yaxınlıqda  uçurumun olmasından xəbər verir, ya da bir işarənin.

Bilirəm, çoxları nə demək istədiyimi  anlmayacaq, bu yazımda. Bəlkə də oxucu  yazımı  bir neçə dəfə  oxuyacaq, anlamaq üçün. Fikrim odur ki, artıq,  “dinsiz qavrayışlar metodları sistemi” tezislərini yaratmağın vaxtı çatıb.     

Heç olmazsa, insanlar  həyatdan heç nə ummadan, qarşılıq gözləmədən yaşamağın üsullarını tapmalıdırlar. Bu vacibdir. Hələlik, belə. 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0288 saniye