
Nə tökdün sən aşına,
O da çıxdı qarşına.
Mənə elədiklərinin hamısı gəldi başına.
İndi öz-özünə ağlayıb gözyaşını silirsən.
Tez-tez telefonuma çoxlu zənglər edirsən.
Sonra susub dayanıb səsimi dinləyirsən.
Bəzəndə gəlib,qapımı döyüb gedirsən.
Özünə başqa yolu seçdin sən.
İndi vicdanınla üzbə-üzəsən.
Bundan sonra həyatımda yoxsan sən.
Artıq səni unutmuşam bilki mən.