Qaranlıq küçə. Qış gecəsi. Bir qadın. Ətrafa nəzər salıb yoluna davam edirdi. Əynində qalın palto var. Amma papaq, şərf və əlcək yoxdur. Kürən saçlarını açıq buraxdığından qar dənələri özlərinə məskən seçmişdilər. Əllərini tez-tez ağzına yaxınlaşdırıb nəfəsi ilə isidirdi. Ara-sırada yanaqlarını nəmləndirən göz yaşlarını silirdi. Divara söykədib üzünü qaldırdı. Gənc idi.
Mənsə uzaq məsafədə dayanaraq siqaret çəkə-çəkə bu qadını izləyirdim. Gecənin qaranlığında bu qadın niyə şəhərdə tək-tənha dolaşır axı?! Bu fikir məni rahat buraxmırdı. Odur ki, ona hiss etdirmədən izini təqib etdirməyə qərar verdim.
Qadın sanki nəsə hiss edibmiş kimi birdən dayandı. Mən də onun ritminə tabe oldum. Siqaret artıq tükənməkdə idi.
-Hər kimsənsə, uzaq dur məndən. Mən unudulmuşam.-deyib addımlarını sürətləndirdi...