dinlədiyim melodiyalardan, sənin ətrin gəlir.
yazıb basdırdığım məktublardan sətrin gəlir,
süzülürsən yaddaşımdan gözlərimə kor kimiyəm.
heç nədən zövq almayan nankor kimiyəm.
baxışlarımda məni qara basır,
sənin kabusun ruhuma yaralar basır.
artıq gəlibdir bu şəhərə payızlar,
yağır yağışlar,
tökülən yarpaqların üstünə,
damlalardan, sənin adın yazılar.
toxunmaq olmur,silmək olmur,
nifrət etsəm də,səni sevməmək olmur.
bir az istisən,bir az sərin,
sənə olan hisslərim çox dərin.
elə hey batıram mən,
sənin parfümünün iz qoyduğu yastıqları,
hər zaman qoxlayaraq yatıram mən.
oyatmayın məni,bir yuxu kimiyəm,
səni itirməyin qorxusu kimiyəm.