Unudulmaz ətir
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:08 09 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Oqtay Nurayın ətrini təzədən burnunda sezib gözlərini yumub açdı. Qızın masa arxasına keçib əyləşdiyini və işinə başladığını izləyə-izləyə başını yavaşca silkədi. Evli olduğunu, evində onun yolunu gözləyən evdar qadınını, 1 yaşına təzəcə qədəm qoyan oğlunu unudurdu onu görəndə. Amma bunu heç kimə bildirməmişdi. Altdan-alta izləyirdi onu. Nuraya ilk dəfə ətrinə görə vurulmuşdu. Birtəhər adını öyrənib arvadına da almışdı ki, bəlkə unuda bildi. Amma qadını ona eyni duyğuları yaşada bilməmişdi. Səbəbini özü də bilmirdi düzü.

İş bitənədək Nurayı təqib edirdi gözləri ilə. Hansısa cavan oğlanın ona yaxınlaşmasına, nəsə soruşmasına, gülümsəməsinə əsəbiləşirdi. Əlləri yumruq halına gəlib masa altında gizlədirdi. Gözlərini onlardan çəkərək yumurdu və dərindən nəfəs alırdı.

Evə gəlib oğlunun başına sığal çəkərkən əzab içində qovrulurdu. Qadını ona süfrə açıb təamlar təqdim edərkən duyğuların içində itib batırdı...


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0282 saniye