Unudulmazım
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:16 08 noyabr 2014 tarixində əlavə olunmuşdur

Dumanlı payız görüntüsü.

Açıq eyvanda dayanıb isti fincanı dodaqlarıma yaxınlaşdırdım.

Həyat yoldaşımın səsləyişi üzrə masa arxasına keçib qəlyanaltıya başladım.

Adım Yaşardır. Yaşım 55-i keçib. 3 övlad sahibiyəm. 24 yaşlı Kəmalə, 19 yaşlı Reyhan və 12 yaşlı Orxan. Həyat yoldaşım İradə xanım ibtidai sinif şagirdlərinə dərs deyir. Mehriban və sevimli qadındır. Böyük qızım tibb bacısıdır. Kiçiyi iqtisadiyyatı oxuyur. Oğlum isə hərbçi olmağı arzulayır.

Mən...Özüm bir zamanlar gitara ifa edirdim...

Gənclik illərinin ilk çağlarında dəlicəsinə sevdiyim qız vardı. Nuray. Həmyaşıd idik.

Uşaqlığımız bir keçib demək olar ki. Qonşu idik. Kiçicik məhləmizə düşüb doyunca oynayardıq.

Qışda bir-birimiz qar topu atəşinə tutardıq. Novruz bayramında onun qapısına papaq atardım. Məktəb sezonu bitəndə əl-ələ tutub yaşıllığa qaçardıq. Payızda ayaqlarımız altında yarpaq xışıltıları ilə məktəbə doğru yol alardıq.

Mən rus bölməsində, o isə doğma dilimiz bölməsində idi. Amma bu, bizə heç bir əngəl tanıtdırmırdı. Onunla ana dilində danışırdım. Nuray da ara-sıra rus dilini işlədərək həm özünü, həm də məni sevindirirdi.

Qəribə gözlərə sahib idi. Biri qara, digəri qəhvəyi. Üstəgəl, qəhvəyinin altında kiçik xal vardı. Sevmirdi gözlərini. Amma şirinlik qatırdı.

Bizim planlarımızda "sevgi" adlı məfhum yox idi. Sadəcə əbədi dost-sirdaş. "Sən saydığını say, gör fələk nə sayır" məsəli tam bizlik oldu. Həm də heç gözlənilmədən.

Yaşadığımız şəhər kiçik şəhərlərdən idi. Tələbə adını qazanarkən böyük şəhərə köç etmək lazım gəldi. Nuray az bal toplamışdı. Amma onu üzən bu deyildi. Mənim getməyim idi.

Bir-birimizi bərk-bərk qucaqladıq. Və özüm də bilmədən dilimdən bu sözlər pıçıltı ilə axdı.

-Səni sevirəm. Məni gözləyərsən?

Nuray göz yaşları içində gülümsəyib başı ilə təsdiqlədi.

Mən böyük şəhərdə təkcə tələbəlik etmirdim. Yox, yox. Gəzinti,kafe, bar, qızlarla gecə-bunlar mənim ağlımın ucundan belə keçmədi. Mən daima Nurayımı düşünürdüm. Gitaranı öyrənmək üçün bütün şəhəri ələ-vələk etdim və nəhayətində istədiyimi tapdım. Normal hesab ödəyib qısa  müddət ərzində mükəmməl öyrəndim.

Tətildə öz şəhərimə qayıdış elədim. Nurayın şeir yazmaq məşğuliyyəti olduğunu öyrəndikdə şok oldum azacıq. Tez də sevindim. İşıqların qəfildən sönməsi ağlımda parlaq ideya yaratdı. Şam işığı altında mən gitarada çalırdım, o isə incə səslə şeirini oxuyurdu.

Nişanlandıq. Amma onu itirdim. Avtobus qəzasında...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0257 saniye