UNUT MƏNİ
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 02:22 14 fevral 2015 tarixində əlavə olunmuşdur

Sil yadından o günləri, 
Aramızda keçənləri,
Yada salma ötənləri, 
Unut məni...

Keçən keçdi, olan oldu, 
Eşq çiçəyim vaxtsız soldu. 
Gözüm qanlı yaşla doldu,
Unut məni...

Sənsiz dinib, gülməyirəm
Göz yaşımı silməyirəm. 
Mən unuda bilməyirəm, 
Unut məni...

Sənin evin-eşiyin var, 
Körpən üçün beşiyin var. 
Mənim tabut yeşiyim var, 
Unut məni...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0298 saniye