Unut
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 17:48 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Çıxart ürəyindən at o insanı,
At onu, necə ki kağız parçasın
əlində sıxaraq atdığın kimi. 

At onu, başına bəla gərəkmi?
Bu qədər çəkdiyin bəs etməyibmi?
At onu, götürüb qara bir daşı
çox dərin bir gölə atdığın kimi. 

At onu, içinin suyunu içib,
kənara atdığın boş şüşə kimi. 

Unut, o insanın xəyalın unut.
Bir zaman nəfəs də almadan belə,
durub gözlədiyin görüş yerlərin,

bir də ki, həsrətli anları unut. 

O ilk görüşün vüsalın unut.
Unut o insanın xəyalın unut. 

Çıxart ürəyindən at o insanı.
At onu, necə ki kağız parçasın
əlində sıxaraq atdığın kimi.


... dəfə oxunub
Qiymət: 9/10(1002 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0244 saniye