Ünvanı bəlli sevgi
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 10:02 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir sevgi var ürəyimin içində,

Səbəbkarı, ünvanı da bəllidir.

Bu sevgini canan verib cana da,

Can sahibi, cananı da bəllidir.

 

Mənə təbi, ilhamı da O vermiş,

Hər sözümün əvvəli O, sonu O.

Məni ancaq olduğumtək O görmüş,

Ürəyimin döyüntüsü, canı O.

 

Onun kölgəsi var başımın üstə,

Qorxum yox şaxtadan, borandan, qışdan.

Məni həqiqətdən O xəlq eyləmiş,

Azmaram yolumu tərif, alqışdan.


... dəfə oxunub
Qiymət: 10/10(928 səs)
[qiymət ver ]
Şərh yaz
8+15=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0325 saniye