ÜNVANLI
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 18:58 14 noyabr 2014 tarixində əlavə olunmuşdur

Hər kəs tanıyıbdır səni heyvan kopayoğlu.

Bir kimsə sənə söyləmir insan, kopayoğlu.

 

Heyvanlığın ilə dəxi məhşuri-cahansan,

Səntək birisin görməyib dövran, kopayoğlu.

 

Quyruq bulayıb tülkütək ortalığı qatdın,

Acizdi sənin yanında şeytan, kopayoğlu.

 

Yollarda durub ömrünü hürməklə keçirdin,

Amma yenə keçməkdədi karvan, kopayoğlu.

 

Daim guya vicdan ilə çalışdın həyatda,

Sən anlamadın ki, nədi vicdan? - kopayoğlu!!!

 

Yaltağlıq edib canına and iç dara düşsən.

Cismündə dəxi təngə gəlib can, kopayoğlu.

 

“Qurbanın olum”- kəlməsini söyləmə, qan ki,

İtdən ola bilməz dəxi qurban, kopayoğlu.

 

Hər bir kəsə sən min dənə nöqsan arayırsan,

Bil ki, yaşamaqdır sənə nöqsan, kopayoğlu.

 

Nəslin sənin  heyvan gəlib, heyvan gedəcəkdir,

Sənlik deyil, amma çəkəcək qan, kopayoğlu.

 

Elnur, daha  bəsdir,  səni o anlaya bilməz,

Bir halda ki, qoydun adın “Heyvan kopayoğlu”.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0361 saniye