Ünvansız məktub
Samir Kərimov tərəfindən "Digər yazılar" bolməsinə 14:22 07 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Deyə bilmədiyim sirrim var dilimdə...

Görə bilmədiyim gözlərin könlümdə...

Tuta bilmədiyim əllərin xəyalımda....

Və gecə vaxtı qaranlığın çöküşü kimi baxışlarında çökdüm bu gün. Gecənin səssizliyi kimi baxdım sənə. Bir toz dənəsi olmaq istədim sənə toxunmaq üçün. Baxdığın hər hansı əşya olmaq istədim mən də sənin gözlrinə baxmaq üçün. Getdiyin yol olmaq istədim hara getdiyini bilmək üçün. Ruhun olmaq istədim səndə yaşamaq üçün. Sən bir varsan,bir yoxsan. Qoy bu sənə yazdığım son yazı olsun. Artıq günəş kimi parlayan gözlərin batsın gözlərimdə birdəfəlik. Mən onsuzda orda itib batmışam həmişəlik. Və bu sirri gömürəm qəlbimə birdəfəlik. Bir daha çıxmamaq şərtilə. Qoy sənin gözlərində batım mən də. Yenə sənə yaxınlaşmışkən bu qədər yenə uzaqlaşacam. Uzaqlaşdıracam özümü. Düşüncələrimi,qəlbimi,ruhumu,könlümü özümdən uzaqda tutacam. İllərdir mənə acı verən xəyallarımı toz kimi üfürəcəm qoy uçub dəli rüzgarlara qarışıb getsin uzaqlara...

Qoy qələmim də yazmasın artıq, qoy əllərim yaza bilməsin səni...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye