Ürək
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:50 13 fevral 2015 tarixində əlavə olunmuşdur

Ürək
(Qəzəl)

İxtiyar sahibidir,nə istəsə,eylər ürək,
Ağlayanla ağlayar,gülən ilə gülər ürək.
***
Arzular qalaq-qalaq,ona qovuşmaq da çətin,
Arzuya çatmaq üçün min bir dilək dilər ürək.
***
Göz yaşına qərq olan görsə əgər bir kimsəni, 
Çıxarıb yaylığını onu o dəm silər ürək.
***
Taleyin hökmü ilə qismətinə düşən payı
Kədərə mübtəla olanla yarı bölər ürək.
***
Çətinə,dara düşəndə,Mövluda,qəm eləmə
Harada olsa yenə köməyinə gələr ürək.

20.2.1985.Zərdabi.Mövlud Ağamməd      


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye