Ürək dözər hər əzaba.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:55 05 yanvar 2015 tarixində əlavə olunmuşdur

ÜRƏK DÖZƏR HƏR ƏZABA....

Ürək dözər hər əzaba,
Ömür dözməz,bitər...bitər...
Ötən günün xatirəsi,
Xəyallarda itər...itər...
***
Həyat bitər,yollar bitməz,
Quzey qarın gün əritməz.
Yaddan çıxmaz,heç vaxt getməz
Ürəklərdən kədər...kədər...
****
Baş götürüb gedəcəyəm,
Səni peşman edəcəyəm.
Mən həsrəti didəcəyəm,
Həsrət məni didər...didər...
***
Vaxt çatmamış gəlir ölüm,
Unutmağım mənə zülüm.
Səndən sonra sənsiz,gülüm,
Yaşamağım hədər...hədər...
***
Dərd sinəmi dağlayacaq,
Yaram qaysaq bağlayacaq?
Arxamca kim ağlayacaq?
Yetər artıq,yetər...yetər...

7.09.2014.Zərdabi Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+22=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0402 saniye