Ürək kövrək,dilim,neylim...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:26 21 may 2015 tarixində əlavə olunmuşdur

Ürək kövrək,dilim,neylim,
Yanır,qalmır külüm,neylim.
Çatıb,əcəl,ölüm, neylim?
Çinaq(1) məndən incik düşüb.

Bu dözümün dözümü yox,
Bu kösövün közümü yox?
Qınamışam özümü,yox,
Qınaq məndən incik düşüb.

Qorxub elin qınağından,
Dərdə düşdüm sorağından.
Busə aldım dodağından,
Yanaq məndən incik düşüb.

Bürünmüşəm həsrətinə,
Dözəmmirəm möhnətinə.
Kim nə bilir,qisməti nə
Sınaq məndən incik düşüb.

Keçər,Mövlud,ağrı,acı,
Min dərdimin bir əlacı.
Mən olmuşam qəm möhtacı,
Çün haqq məndən incik düşüb.

------------------------------------
(1) səvab, xeyir mənasında..

24.11.2014 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0334 saniye