O gedən gündən tənha qalmışam
Sevmişəm onu unutmamışam
Onu düşünüb ağlamışam
Çünki o mənim ürək paramdı
Mən onu çox sevirəm canımdı
Hər an mənim xəyalımdadı
O damarda axan qanımdı
Çünki o mənim ürək paramdı
Sevirəm sözün deyəndə ona
Cavabı məni apardı sona
Bilmədim nə cavab yazım ona
Çünki o mənim ürək paramdı
Bir gün o hər şeyi anlayacaq
Amma həmin an çox gec olacaq
O ağlayaraq gultək solacaq
Çünki o mənim ürək paramdı