Ürək payı
Günel Ağayeva tərəfindən "Hekayə" bolməsinə 12:52 03 yanvar 2017 tarixində əlavə olunmuşdur

İnsanlığın yox olan bir zamanda yaşamaq asan deyil.Hər kəsdən mərhəmət ummaq,sevgi tələb etmək,bir tikə çörək istəmək və daha nələr istəkləri və gözləntiləri yazmaq siyahını uzatmaq olar.Nə isə...

 Yazacağım kiçik hekayə tam real bir hadisədir.Şəhərin kübar nümayəndələrinin çox olduğu  bir məkanda yaşlı bir baba öz nəvəsiylə gəzirdi.Məkanda bir-birindən ləziz təamlar bişirilən yeməkxanalar mövcud idi. Baba və nəvə həmin yeməkxanalrın önündə keçirdi.Bişirilən dadlı təamların ətri artıq məkan ətrafı küçəyə qədər yayılmışdır.Babasının qolundan dartaraq:-Baba məndə o,yeməklərdən istəyirəm deyərək. İnad edirdi.Baba məcbur qalıb qızcığaza qapının qarşısında gözlə məni, gedim alıb gəlirəm dedi.

   Əlacsız baba içəri daxil oldu. Yeməklərin qiymətini görüb özünü məyus hiss etdi. Əlini cibinə saldı qəpik-quruşdan başqa bir şey yox idi. Qapını açıb küçəyə çıxan baba gözlərini nəvəsinin gözündən qaçıraraq balam burdakı dayı dediki,bu yeməklər uşaqlar üçün deyil.Gəl gedək başqa yerdən alarıq.Uşaq inadı nə etmək olar. Baba mən bunlardan istəyirəm deyərək ağlamağa başladı.Baba məcbur olub bir daha içəri daxil oldu.Bu səfər babanı yeməkxananın sahibi qarşıladı.Adam babanın üstünə baxıb: -Ağsaqqal bizdə hələki,quru çörək parçaları yığılmayıb.Adamın sözündən tutulan yaşlı kişi:

   -Bala quru çörək üçün gəlməmişəm.Yeməklərin ətri nəvəmi vurdu.Uşaqdı istəyir.Əgər mümkündürsə,mənim nəvəm üçün bir tikə verə bilərsiniz? Deyə söləyən babanın sözünü bitirməyə imkan vermədən qolundan tutaraq küçəyə çıxartdı.

   -Aqsaqqal əgər hər gələnə nəsə versək bu yeməkxananın halı nə günə düşər? Nəvəsinin yanında pis vəziyyətə düşən hələ birdə adamın sözlərindən gözləri yaşaran baba kor-peşiman nəvəsinin əlindən tutaraq  geri qayıtdığı zaman arxadan səs gəldi.

  Dayanıb arxaya baxan baba əlində yemək olan xanımı gördü.Baba nəvəsi ilə xanıma yaxınlaşdı.İlahi əməli kimi siması gözəl olan bu xanım,sən demə, yeməkxanada əyləşib babanın hərəkətini izləyirmiş. Əvvəl elə düşünüb ki, yeməkxana sahibi onlara yemək verəcək.Sonra görübki,düşündüyü kimi deyil.Xanımın üzünə baxıb,nə edəcəyini,nə söyləyəcəyini bilmirdi.Titrək əlləriylə xanımın əlindəki yeməyi alıb nəvəsinə doğru uzatdı.Qızcığaz sevinclə və iştahla çörəyi dişləyib arada məsum gözləriylə babasına və onun körpə qəlbini sevindirən xanıma baxıb gülümsəyirdi. Kövrək səsiylə xanıma təşəkkür edən baba: -Rəbbim sənin həyatını üzün kimi gözəl və xoşbəxt etsin qızım.Hər kəs həyatda öz ürəyinin payını yeyər.Təmiz ürəyinin payını yeyərsən. Yeməyi babaya verən xanım sağollaşaraq içəri daxil oldu. Rəfiqələrinin əyləşdiyi masaya yaxınlaşdı.Bəli xoşbəxt bir sonluqla bitdi.Həmin xanım bir babanı nəvəsinin yanında başı aşağı olmaq hissindən,bir nəvənin isə təamlardan tamarzı olmaqdan qurtardı.Bu cür insanlar olduqca,insanların qəlbində mərhəmət hissi,alilik,rəhmlilik heç bir zaman sonlanmayacaq.Xanımın atdığı bu addım dünya üçün kiçik olsada,insanlıq üçün böyük bir addım idi.

    Günel Ağayeva 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0345 saniye