Ürək səni gəzər
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 12:00 10 iyul 2015 tarixində əlavə olunmuşdur

Ürək səni gəzər, səni soraqlar,

Bu səssiz, hüzünlü, buz gecələrdə.

Payızdır, uçuşur sarı yarpaqlar,

Xəyalınla gəzdim hey küçələrdə.

 

Xatirələr alır qoynuna məni,

Canlanır gözümdə o çağlar bu an.

Səninlə çox gəzdik biz bu küçəni,

Süzülür göz yaşım yanaqlarımdan.

 

Həyatda tənhayam, yalqızam sənsiz,

Sızlaya-sızlaya yanır ürəyim.

Qalmadı ömrümdə bir nizam sənsiz,

Puç oldu minlərlə sənli diləyim.

 

Küçə səssiz, bomboş, səma qaranlıq,

Kaş bacarıb səni qəlbdən siləydim!

Necə istəyirəm səni bir anlıq,

Bircə dəqiqəlik görə biləydim!

 

Yox-yox! Görsəm səni əsər əllərim,

Dizlərim titrəyər uşaqlar kimi.

O sözü deməyə açılmaz dilim,

Vidalaşdığımız o vaxtlar kimi.

 

Gedərmi ürəkdən bu eşqin izi,

Kim inanardı ki, bitəcək bu cür.

Gör ki, həmişəlik ayırdı bizi,

Sənin son sözlərin, mənim təkəbbür.

 

Ürək səni gəzər, səni soraqlar,

Bu səssiz, hüzünlü, buz gecələrdə.

Payızdır, uçuşur sarı yarpaqlar,

Xəyalınla gəzdim hey küçələrdə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0308 saniye