Ürək
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 11:14 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Düşdü bir gözəl eşqinə,
yandıqca hey yandı ürək.
Bu nə sevda, bu necə eşq,
yoruldu - usandı ürək? 

Qucaq açdı sevdiyinə,
gilə - gilə əridi o.
Bir sevdalıq yol qət etdi,
bilə - bilə əridi o. 

Əridikcə sevdalandı,
o bir ürək iki oldu.
Qoşalaşan ürəklərə
bir dünyalıq sevgi doldu. 

Sevə - sevə yaşar ürək,
qismətinə düşən payı.
Olsa da bir yumruq boyda
daxili bir eşq sarayı. 


... dəfə oxunub
Qiymət: 9/10(1002 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0308 saniye