Ürəyi yaşadan inam
Bağırlı Mətanət tərəfindən "Şeir" bolməsinə 22:04 04 iyun 2012 tarixində əlavə olunmuşdur

Sevgi nəğməsini söyləyən dilim.

İndi ayrılığa nəğmə oxuyur.

Mənə canım deyən canım sevgilim.

İndi canım üçün kəfən toxuyur.

 

Gör necə dəyişir duyğular,hislər.

Mənə canım deyən canımı alır.

Bir vaxt gözlərinə baxdığım gözlər.

İndi qarşımda tamam özgə qalır.

 

Sevgi də nifrətə dönə bilərmiş.

Ürəkdə duyğular heç sayılarmış.

Bir vaxt məni sevdiyini söyləyən.

İndi bir şey demədən ayrılarmış.

 

Görəsən ürəyin nə günahı var?

Bəlkə də günahı sevməkdir onun.

Axı hər gecənin bir sabahı var.

Sabaha inamı sevməkdir onun! 

 


... dəfə oxunub
Qiymət: 8/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
9+25=
Hesaba giriş
Müəllif

Bağırlı Mətanət
Haqqında
İnsanlara ən böyük yaxşılıq ağıllarından istifadə etməyi öyrətməkdir.
Əlaqə
E-mail:
sadiq.bagirov.1998@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0231 saniye