ÜRƏYİM AĞRIYIR AĞRIYIR HƏKİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:28 17 iyul 2019 tarixində əlavə olunmuşdur
Baxıram carəsiz yollara hərdən,
Saçım ağarıbdı, olubdu dən-dən,
Carəsiz dərd tapdım onu görəndən.
Təyziqim aşağı, düz atmır nəbzim,
Ürəyim ağrıyır, ağrıyır həkim!

Yoxla, halım yaman pərişan olub,
Rəngim dəyişibdi, saralıb-solub,
Bir demir, soruşmur: “Sənə nə olub?”
Yolunda canımı sipər etdiyim,
Ürəyim ağrıyır, ağrıyır həkim!

Məhəbbət eylədi ömrümü yarı,
Bir dərman verginən, unudum barı,
Neynirəm vəfasız, insafsız yarı?
Keyit, nə hiss edim, nədəki bilim?
Ürəyim ağrıyır, ağrıyır həkim!

Carəsiz dərdlərə dərman varmıdır?
Yoxsa ki dərmanım nazlı yarmıdır?
Məkanım göymüdür, yoxsa yermidir?
Niyə bu dünyanı görmür gözlərim?
Ürəyim ağrıyır, ağrıyır həkim!

Seymuram, əlacsız eşqin oduna,
Yandım atəşinə, düşdüm badına,
Sən canı, ey təbib, yetiş dadıma,
Tab edə bilmirəm, yoxdur taqətim,
Ürəyim ağrıyır, ağrıyır həkim.

... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0374 saniye