Ürəyimdəki boşluq
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 15:12 20 noyabr 2019 tarixində əlavə olunmuşdur

 Ürəyimdəki Boşluq

   Elə gözəl sevirdi ki, adamın lap ölməyi gəlirdi. Ölümümlə bitirə bilsəydim kaş... amma ölməklə bitirməz, içimizi dolduran boşluq kimi, havada ala bilmədiyimiz nəfəs tək və ölümə hazırlaşan uşaq kimi bizi rahat yaşamağa qoymaz bu duyğu.

   İndicə yazmağa başlayanda başımın üzərdəki pəncərəmə bir bülbül, qondu. Başımı qaldırdım və uçaraq uzaqlaşdı yanımdan. O bülbül, başımı qaldırdığım üçün uçmadı ki... Reallıq birdir. O quş uçacaqsa orada durmaz.

   Həyatınızı yaşayın, istədiyiniz kimi, sizinlə olmaq istəyənlər yanınızda qalacaq, istəməyənlər sizə dərs olacaqlar. Bülbüllərin ən gözəl tərəfi onları uzaqdan seyr etməyi bacara bilməyimizdədir. Eynilə qəfəsdə olan quşun xoşbəxt olmadığı kimi.

    Bülbülü qəfəsimdə əvvəlki tək oxuda bilmədikdən sonra nə önəmi var? Kaşki, bülbülü saxladığımız qəfəsin qapılarını açarkən onunla birgə uça bilsəydik.

   Bəs biz hansı qəfəslərdə qalırıq? Kimi hansı qəfəsdə saxladığımızdan daha önəmlisi bizi hansı qəfəsdə saxlayırlar? Əgər bir gün, qəfəsinizin qapısı açılanda uçub getdikdən sonra o qəfəsin yanına geri dönsəniz, bilin ki, bu əsl sevgidir. O qəfəsi deyil, o insana ruhən bağlanmısınız. Və sizi, o qəfəsdə saxlayan insan da bilməlidir ki, o qəfəsin qapısını möhkəm bağladığınız üçün deyil, sizi möhkəm bir ehrirasla sevdiyi üçün onun yanında qalmağa davam edirsiniz. Ona da, uçmağı öyrədin, qanad açıb pərvazlanmağı, bütün ağrılara birlikdə sinə gələrək sevə bilməyi öyrədin. Tək buraxmayın belə insanları. Sevin və qoruyun onları...

 

Müəllif: Uraqa Emin Abdullayev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0317 saniye