Demə,sənsiz keçir hər gələn günüm,
Sən mənim ayımda,həm ilimdəsən.
De,necə unudum səni mən,gülüm?
Sən mənim ilkimsən,ürəyimdəsən.
Sevdim saf ürəklə səni dünyada,
Eşqimin yolları qarlı olsa da.
Vermərəm könlümü özgəyə,yada,
Sən mənim ilkimsən,ürəyimdəsən.
Mövludun qəlbində bir duyğu yaşar,
Sevgi aləmindən danışar,coşar.
Sənin xəyalınla gəzər,dolaşar.
Sən mənim ilkimsən,ürəyimdəsən.
22.11.1981 / Zərdabi
Mövlud Ağamməd