ÜRƏYİMİ AL VƏ GET
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 10:42 13 iyul 2014 tarixində əlavə olunmuşdur

Get,ürəyimi də al və get

Sevdamı tök başıma

Od vur mənə.Sonra get.

Eşqin kəfənim olsun,

Xəyanətin - baş daşım.

...Durma,get

ürəyimi unutma,

onu da al və get.

 

Gözlərində dəfn et məni,

Ürəyində gizləmə.

Heç vaxt nəsib olmayan

Ilk görüş yerimizdə

an məni,

ağla məni.

Axıt göz yaşlarını,

Yasını tut sevdamın

Qoy sən ağlarkən gözlərindən

süzülüm,

tökülüm bir yaş kimi.

Ağladıqca bitir məni,

Yox et məni,

itir məni.

Qarışıb göz yaşlarına

tökülüm torpağa,

isladım qurumuş yarpaqları.

Buxarlanib buludlara qarışım,

Orda sənə baxım,

Sənlə danışım.

Səni qoruyum soyuqdan,istidən.

Başının üstündə hərlənim sənin,

başına hərlənim sənin.

Küləklə birgə oxşayım səni,

saçlarına toxunum,

əllərinə toxunum.

Hər sən darıxanda,

sıxılanda,

həsrətimdən ürəyin yananda

coşum fırtına təki,

çaxım ildırım təki,

töküm başından-

Dünyanın ən təmiz suyunu sənin.

Təpədən dırnağa yuyum mən səni,

soyudum ürəyini,

Axıdım səndən məni

Axıdım bu sevginin izlərini.

Alım bu eşqi səndən,

sənin ruhundan.

Bitirim bu sevgini,

Itirim bu sevgini.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye