Ürəyimlə söhbətimdən.
Səyyad Fərəcov tərəfindən "Hekayə" bolməsinə 05:47 28 may 2014 tarixində əlavə olunmuşdur

       Peşmanammı? Hə peşmanam. Amma ona görə yox ki, sən məni sevmirsən (bəlkə də sevirsən). Ona görə ki, cəmi bir dəfə cəhd etdim. Bilmirəm qorxdummu deyim, yoxsa qürurumamı sığşdırmadım. Amma bəlkə bir dəfə də cəhd etsəydim, bəlkə bir dəfə də etsəydim...

İnan ki, ürəyim çox yanır. Bu məktubu belə sənə göndərməyə cəsarətim yoxdu. Bəlkə bir gün göndərərəm deyə yazıram. Amma çox acı cəkirəm.

Ürəyim!!! Bütün günahlar ondadır. Bir neçə dəfə ağzı yansa da, yenə də eyni şeyi təkrarlayır. Eşşək belə batdığı palçığa 2ci səfər batmaz – deyib atalarımız. Niyə bunu edir axı ürəyim? Artıq heç bilmirəm nə etməliyəm. Hə, Ürəyim! De görək nə etməliyəm. Məni bu hala salan sənsən, indi niyə ağzına su alıb oturubsan? Hə, nə oldu? Niyə susursan?

Və birdən ürək dözməyərək, titrək bir səslə cavab verir: Mən səhv etdim də, görən gözlərinin də günahı məndəydimi, Səyyad? Bu belə olmalıydı və oldu. İşdi, mənim elədiklərimi sevmirsənsə, Get və Özünə başqa ürək tap!

(Və susdum)

 


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0241 saniye