Ürəyin istəyən kimi yaşa, beynini yorma....
Bəhram Həsənov tərəfindən "Esse" bolməsinə 20:29 09 fevral 2014 tarixində əlavə olunmuşdur

Heç kimin tanımadığı bir sən. Təklikdə özünlə qalanda rahatlıqda danışa bildiyin, dərdləşə bildiyin, mübahisə etdiyin və bəzən də dalaşdığın biri. Ən çox incidiyin və bağışlamağa ən asan səbəb tapdığın biri. Heç kimin görməsini istəmədiyin, hamıdan gizlədiyin bir insan. Sənin qorxularını, sevgilərini, üzüntülərini daşıyan biri. Bəzən o üzdə görünən sənin tam əksidir, bəzən çox oxşardır. Sən insanların onu görməsindən, insanların əsl səni tanımasından qorxursan. Və əslində sən özündən qorxursan.
Bəlkə də əsl sənin daha çox seviləcəyindən, illərlə oynadığın və sənin fikrincə daha maraqlı olan bu rolunun dəbdən düşəcəyindən qorxursan. Artıq yalan danışmış və yalanı üzə çıxsa cəzalandırılacağını düşünən uşaqlar kimi. Haqlısan. Hamı səni yalan danışdığına, səmimi olmadığına qısası onlarla “oynadığına” görə qınayacaq. Sən o insanları itirmək istəmirsən. Amma düşün, sənin yaşadığın hər şey yalandır, nə qədər ki, sən içindəki səni yaşamırsan...
Sənin içində bir sən var, indi səninlə danışan. Ona yaşamaq şansı ver. Beyninlə qurduğun və daha yaxşı hesab etdiyin o personaja verdiyin şansın yüzdə birini içində olan əsl məninə ver. O sənə özünü sübut etsin və sonra qərarını ver.
Ürəyin istəyən kimi yaşa, beynini yorma...
(c) Bir dəlinin gündəliyi


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+10=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye