Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kalkık bir burun və kiçik qırmızı dodaqlarıyla bir kartpostal xatırladan körpə, qadının indiyə qədər gördüyü ən canayaxın qız uşağı idi. Onun ipək yanaqlarını söykə doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:
- 'Toxunma mənə ... "deyə bir səs eşitdi. 'Məni oxşamağa haqqın yox sənin.'
Qadın qorxuyla diksinib ətrafına baxdı. Körpəylə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman Allahım! .. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu.
- "Mənə yaxınlaşmağını istəmirəm" deyə davam etdi. "Dərhal uzaqlaş məndən. 'Qadın, bir az olsun özünü yığaraq:
- 'Uşaqlarımız həmişə oglan olur "dedi. 'Onlar da gözəl amma qız uşaqları başqa. Buna görə səni öpmək istədim. "
- 'Məni öpə bilməzsən "deyə ağlamaya başladı körpə. 'Mənim də səni öpməyəcəğim kimi.'
- "Niyə?" Deyə soruşdu qadın. 'Niyə öpə bilməzsən ki? "Körpə, hıçqırıqlara boğularkən:
- 'Bunun səbəbini bilməyin lazımdır "dedi. "Düşünsən mütləq tapacaqsan. '
Qadın, nələr olub bitdiyini xatırlamaq üzrəykən özünə gəldi. Xüsusi bir xəstəxananın ən lüks otağında yatır və narkozun təsirindən mədəsi bulanırdı.
Ailə dostları olan tanınmış həkim, otağı dolduran çiçəklərdən bir dənəsini vazadan çıxardıb qadına uzadarkən:
- 'Keçmiş olsun xanım-əfəndi' dedi. 'Müvəffəqiyyətli bir abort idi doğrusu. Hə ..! Birdə ki az qalsın unudacağdım 'QIZ' imiş aldırdığınız uşaq...