Samirə-normal büdcəli ailənin 2 uşağından biri idi. 3 yaş böyük qardaşı Teymurla tez-tez dalaşırdı. Valideynləri onların bütün arzu-istəklərini yerinə yetirə bilmirdi. Samirə ilə rəfiqəlik edən Elnurə imkanlı ailədən idi. Çox zaman hər 2 ana-qız bir yerdə gəzintiyə çıxardılar. Elburə nəyi görüb bəyənərək barmağı ilə işarələyərək anasından almasını şıltaqlıqla tələb edəndə eyni hərəkəti Samirə də təkrarlayırdı. Amma anasının ona böyük üzüntüylə baxmasını illər keçdikcə anlamağa başlayacaqdı. Və hər gecə səssizcə anasının yanağından öpürdü ki, bir zamanlar ona yaşatdığı anlar yuxuda xatırlanmasın...
Cəmilə-hər cür imkana sahib ailənin tək övladı idi. Atası və anası onun hər tələbini yerinə yetirmişdilər. Qız bütün günü oyuncaqlarla təmin olunsa da əskik olduğu tək bir şeyi vardı. Sevgi. Böyük şirkəti idarə edən atası ilə bütün günü salonlarda, parklarda, kafelərdə, teatrlarda tələbəlik rəfiqəsi ilə gəzən anası öz sevgilərini göstərmək funksiyaları tamamilə qeybə çəkilmiş durumda idi. Cəmilə hər dəfə ata-ana qucağı istəsə də, valideynlər arasındakı soyuqluq bunu görməyə böyük əngəl törədirdi. Tək qalanda göz yaşlarını axıdıb oyuncaqları divara vızıldadırdı.
Ləman-kasıb ailənın 5 uşağından 1-cisi idi. Anası məktəb və küçələrdə süpürgəçi, atası isə zərgər çalışırdı. Məhlədə gördüyü gözəl geyimlər onun gözlərinin dolmasına səbəb olurdu. Bacı-qardaşlarına özü baxırdı. Ana=atası ona hər dəfə təkrar edərək etibar edirdilər. Ləmanın dərdini unutduran lap balaca qardaşı, hələ 1 yaşı tamam olmamış Tural idi. Onunla əylənmək qızın könlünü açırdı. Ləman məktəbdə anasına görə böyük utanc hissi keçirərək ona qışqırıb göz yaşlarını sərbəst buraxırdısa, daha sonra özünü min dəfə peşmanlayıb anasından dönə-dönə üzr istəyirdi.
Fəridə-boşanmış olduğu üçün "əxlaqsız" qəbul edilən anasına bağlı idi və hər gecə sərxoş olub onları döyən atasından nifrət edirdi. Balaca qardaşı hələ Fəridənin 5 yaşı tamam olarkən atası tərəfindənn bir gecədə bərk döyülərək ölmüşdü. Anası buna görə atasından zor-bəla ilə ayrılmağa qətilik göstərdi. Bütün qohum-əqrəbaların tökülüşüb ona ağıllı məsləhətlər verməsini dinləməyib onları geriyə doğru addım atmağa məcbur etmişdi. Gəzən əsassız iddialara görə işlədiyi məktəbdən çıxardılan ana-bala çarəsiz durumda qalmışdılar. Az sonra evdə qulluqçu işləməyi qərara aldılar. Qız anasına kömək edirdi. Fəridə uşaqlarla oynaya bilmirdi, ondan "vərəmli" kimi qaçmaları qızcığazı qəlbini incidirdi.
Zərifə-anası könüllü fahişəlik edərək Moskvada itib-batan ərinə gülürdü. Hər axşam anasının qəhqəhəli səsindən yorğanını başa çəkərək yatmağa çalışan Zərifəyə ən böyük travma uşaqlardan gəlirdi. Həyətə düşüb onlara qoşularaq oynamaq istəyirdi, ələ salıb ironiya ünvanlayıb itələyirdilər. Məktəbdə hər kəs anasının xidmət qiymətini soruşurdu. Zərifə əlləri ilə qulaqlarını qapadıb çığıraraq onların əhatəsindən qaçırdı...