Uşaq olmaq istəyirəm...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:40 30 aprel 2016 tarixində əlavə olunmuşdur

Uşaqlığım,nə olar,gəl,
Böyüməyim,gəl ol əngəl.
Bir az kövrək,bir az dəcəl.
Dərddən uzaq,qəmdən uzaq.
Həm qayğısız,həm də şıltaq.
***
Qəribədir,o zamanlar
Ürəyimdə min arzular,
Deyirdim ki,eh,nə ola,
Mən də bir az böyüyərdim...
Bu arzumla öyünərdim...
***
Göy çəmənlik,topaldıqaç,
Çilingağac,ya gizlənqaç,
Çərpələngim hey uçacaq
Bu düzlərdən o düzlərə,
Gecələrdən gündüzlərə.
***
Yeməyimiz göy yeməlik,
Quşəppəyi,ya əvəlik.
Heç doymazdıq,bir üstəlik
Meşələrdən əzgil,fındıq,
Evimizə aparırdıq.
***
Gün çıxandan batanacan,
Oynayırdıq axşamacan.
Evə gedib çatanacan
Anam məni gözləyirdi,
Nigarandı,özləyirdi.
***
Çatdı məktəb--kitab,dəftər,
Qayğılarımız nə qədər!
Bilik verdi müəllimlər,
Unutmaram mən onları-
Bu yolda can qoyanları.
***
Məktəb ömrü sona yetdi,
On ilimiz belə bitdi.
Hərəsi bir yerə getdi:
Son zəng günü ağlayırdıq,
Sinələri dağlayırdıq...
***
Belə-belə böyük olduq,
Neçə yerə bölük olduq.
Əhdimizə dönük olduq!?
...İndi qayğı.dərdimiz çox,
Kim deyər ki.sərimiz yox.
***
Ömür keçdi,yaşa doldum,
Gah qəmləndim,gah şad oldum.
Kimlər üçün də yad oldum...
Qocalıq nə tez haqladı?
Allah bu günə saxladı.
***
Həsrət ilə gözləyirdim,
Tez böyümək istəyirdim.
Dəyişibdi bu istəyim...
Uşaq olmaq istəyirəm.
Uşaq olmaq istəyirəm...

1.07.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0522 saniye