Uşaq və yeniyetmələrin depressiyaya düşməsinə nə səbəb olur?
Uşaq, eyni zamanda, ailədə olan çəkişmələrə, ya hansısa yaxınlarından birinin pis xəstəliyə tutulmasına, ailədə kobudluqla rastlaşanda bu xəstəliyə düçar ola bilər. Ali məktəbə imtahana hazırlaşan bir yeniyetmə də depressiyaya düşə bilər.
Ona görə də, uşaqlarda və yeniyetmələrdə depressiyanın olmasını inkar etməyin özü həqiqəti görməməzliyə vurmaq deməkdir. Çünki bu cür uşaqların köməyə ehtiyacı vardır, dərdləşməyə adam axtarırlar. Ancaq bu da kifayət deyildir. Bu xəstəliyin müalicə yolları müxtəlifdir. Bu cür uşaqlar əgər kiçik yaşlarından müalicə olunmasalar, böyüyəndə kobud, məyus və ümidsiz bir insana çevrilərlər.
Uşaq və yeniyetmələrdə depressiyanı hansı əlamətlərinə görə müəyyən etmək olar?
1. Qəmgin əhvali-ruhiyyə. Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır. Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin. Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur. Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
2. Ləzzət almamaq və gündəlik fəaliyyətlərdən razı qalmamaq. Uşaqların və ya yeniyetmələrin əksəriyyəti çox hallarda hövsələsiz olurlar. Bu da depressiyanın əlaməti deyildir. O zaman bunu depressiya hesab etmək olar ki, uşağın əvvəllər ləzzət və həvəslə gördüyü işlər indi onun üçün mənasız görünür. Məsələn, gəzintiyə çıxmaq, dostları ilə ünsiyyət bağlamaq. Ancaq indi onun görüşməyə və ya gəzməyə hövsələsi çatmır. Ya, məsələn, əvvəllər məktəbdə idmanı çox sevərdi, ancaq indi idmana qarşı laqeyddir. Əgər bu cür əlamətlər bir neçə həftə uzanarsa, depressiyanın olduğunu bildirir.
3. Yuxunun pozulması. Yuxunun pozulması bir neçə cür özünü göstərə bilər. Uşaq və ya yeniyetmə yatmağa getmək istəmir. Bu, onun üçün çətin bir işdir. Gecələr oyanır və bir daha yata bilmir. Səhərlər başqa vaxtda olandan daha tez durur. Təkrar və qəmgin yuxular görür. Ya da yuxuda gəzir və söhbət edir.
4. İştahanın dəyişməsi. Depressiyada olan uşaqların əksəriyyəti yemək seçimində çox çətinlik yaradırlar. Yeməyə qarşı meyl göstərmirlər. Bəziləri də rahatlıq tapmaq üçün yeməyi çox yeyirlər. Hər halda, əgər bu adətləri uzun müddətə dəyişərsə, depressiyanın əlaməti deməkdir. Qızlar çox zaman pəhriz saxlayırlar ki, bu depressiya əlaməti deyildir. Ancaq o qız ki, iştahasız yemək yeyir və ləzzət almırsa, onda bu, depressiyanın əlamətidir.
5. İntihara meyl etmək. Şübhəsiz, bu fəlakətli hal depressiyanın ən nigaranedici əlamətidir. Ancaq onu da bilmək lazımdır ki, intihara təşəbbüs edən hər yeniyetmə depressiyada deyildir. Bəzən bu cür uşaqlar həyatın dəyərsiz olduğunu fikirləşirlər. Məsələn, valideyni ona televizora baxmağa icazə verməyəndə ayağını yerə vurub qışqırır: "İndi ki, belə oldu, özümü öldürəcəyəm!” Ya da televiziya filmində olanları təqlid edər. Halbuki, yarım saat əvvəl həyətdə uşaqlarla oynayırdı. Bu işə əl atan yeniyetmələrin çoxunda ola bilsin ki, depressiya olmasın. Onlar ola bilsin ki, əsəbi olsunlar və ya bir anlıq meyllərinin dalınca getsinlər. Əlbəttə, şübhəsiz ki, depressiya intiharın səbəblərindən biridir. Xüsusilə də oğlanlar həmişə filmlərdə gördükləri və ya kitablarda oxuduqları şəxsiyyətlərin röyasında olurlar. Əgər bilmək istəyiriksə, bu şəxsiyyətlər depressiyanın əlaməti deyildir, qalan əlamətləri də nəzərə almalıyıq. Hər bir halda intihara təşəbbüs edən yeniyetmələrin bir çoxu depressiyaya düşdüyü üçün bu əmələ əl atırlar. Həyat onların gözlərində mənasız olur.
6. Özünü danlamaq. Bəzən depressiyaya düşən yeniyetmələr ailənin və ya dostlarının problemlərini öz boyunlarına götürürlər. Onlar hər şeyin ali olmasını istəyirlər. Onlar ata ilə ananın münaqişə etməsini və ya qardaş-bacı davasında özlərini müqəssir hesab edirlər. Ancaq ətrafındakılar onlara nə qədər bu işdə onların günahsız olduğunu söyləsələr də, özlərini danlayırlar. Onlar özlərinə dəyər vermirlər.
7. Uşaq və yeniyetmənin rəftarının dəyişməsi. O uşaq ki əvvəldən hamıdan qaçar və dost olmağı xoşlamaz, ya da ictimai bir uşaq olub, ancaq get-gedə xəlvətə çəkilərsə, dostlarını görməkdən imtina edərsə, bir-birindən çox fərqlənirlər. İkinci halda diqqət etmək lazımdır ki, onun gündəlik rəftarında başqa hansı dəyişiklik baş verir. Əgər bu hallar uzunmüddətli olarsa, depressiyanın əlaməti deməkdir. Qəmli və pərişan halla depressiyanı ayırmaq bəzən çətin olur. Ancaq bu nöqtəyə diqqət etmək lazımdır ki, depressiya xəstəliyinə düçar olan uşaqda bu rəftarlar uzunmüddətli olur.
8. Depressiyada olan uşaqlar başqa uşaqlardan fərqli olaraq, daha çox təklikdə qalırlar. Bu cür uşaqlar öz həmyaşıdlarına qarşı səbirsiz və hövsələsiz olurlar.