Uşaqlarda arıqlığın səbəbləri
Vəfa Teymurova tərəfindən "Elmi məqalə" bolməsinə 15:45 20 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Xoşagəlməz psixososioloji əhatə:  uşağın anası  ilə ayrılması, valideyn sevgisindən məhrum olması, onun təbii ehtiyaclarına laqeydlik, sahibsizlik və s, kimi hallardan baş verən emosional hiss məhrumiyyətidir. Belə halda hətta dəyərli kifayyətli qidalanmasına  baxmayaraq  uşağın iştahası pis ola bilər. Yaxud qəbul olunmuş qida pis həzm oluna  və mənimsənilə bilər.

Yardım: psixoloji vəziyyəti dəyişmək.

Az qidalanma:
 böyümənin  və inkişafın ləngiməsi və arıqlama hər şeydən əvvəl pis qidalanmadan yaranır. Yemək lazımi qədər kalorilı olmalı və əsas qida maddələri (zülallar, yağlar, karbohidratlar) ilə tarazlaşdırılmalıdır. Məsələn əgər iki yaşlı uşaq yalnız süd ilə qidalanırsa onda o normal miqdarda zülal və böyümə üçün az kalori qazanır. Uşağın ləng böyüməsinin səbəbini iştahasının pis olmasını və ya lazımi qədər qida qəbuluna  baxmayaraq, onun çəki  artıra bilməməsini və hətta arıqlamasını aydınlaşdırmaq lazımdır.

Yardım: uşağın düzgün qidalanması məqsədilə məsləhət almaq üçün həkimə müraəiət etmək lazımdır. Fiziki inkişafdan geri qalan uşaqlar üçün qədim çin təbabəti resepti təklif etmək olar: 30 qram biyan kökünü qızardıb, toz halına salıb, balla qarışdırıb qarğıdalı dəni boyda kürəciklər düzəltmək. Gündə iki dəfə 5 kürəcik qəbul etmək.

Bağırsaq parazitləri: askarid və lentşəkilli qurdlarla yoluxmuş uşaq, adətən «Qurd» iştahası  olmasına baxmayaraq, öz yaşına uyğun normal çəki və boya malik olmur. Belə uşaqlarda arıqlıqdan başqa qarında köp və ağrı, ürəkbulanma, ishal, qan azlığı , qıcıqlanma və əsəbilik müşahidə edilir. Qurdlar haqqında daha geniş məlumat «Qarında ağrılar» bölməsində verilir.

Vərəm : arıqlıq bəzən gizli inkişaf edən vərəmin yeganə əlaməti ola bilər. Bu halda üşaq pis yeyir, tez yorulur, bəzən qızdırması olur. Lakin xəstəlik tədricən, gizli getdiyinə görə başlanğıcda valideynlərdə o qədər narahatlıq yaratmır.

Yardım: yuxarıda göstərilən əlamətlərlə yanaşı qeyd olunan  arıqlıq  əsas verir ki, uşağı ləngitmədən sahə  uşaq həkiminə göstərəsiniz.

tibb.az


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0242 saniye