Uşaqlı gələcək
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:52 10 iyul 2015 tarixində əlavə olunmuşdur

Əzizə ilə Mustafa illərdir həsrətində olduqları uşağı müayinədə keçirdərkən eşitdikləri ilə sanki heykələ çevrildilər. “Döl dərhal aborta getməlidir.” İzahatlar başlandı, praktiki nəticələr göstərildi. Mustafa özünü zorla tutub saxlayırdı ki, masanı vurub dağıtmasın.

-Yetər! Susun!-Əzizə səsini qaldırdı. Nəfəsinin çatışmadığını hiss edirdi. –Biz 7 ildir gözləyirik, 7 il! Başa düşürsünüz?-artıq göz yaşları üzüaşağı yuvarlanırdı.-Özünüzü bizim yerimizə qoyun.

Gənc həkim başını aşağı salıb əlindəki qələmi bərk sıxıb buraxdı. 2 aylıq övladını göz önünə gətirib zorla udqundu. Sənədləri səssiz günah içində qovluğa yığmağa başladı. Mustafa yumruqlarını dizlərinə sıxıb ayağa qalxaraq Əzizə ilə birgə çıxdı. Əzizə üzünü Mustafanın sinəsinə basdırıb hönkürtüsünü üzə çıxartdı. Mustafa çarəsizcə həyat yoldaşını qucaqlayıb saçlarını tutub saxlamaq istədiyini göz yaşları içində öpərək qoxuladı.

***

Kərim qəbiristanlıqda ağır-ağır addımlayaraq dayanması ilə diz çökməsi bir oldu. Əlini qəbir daşındakı əksə toxundurduqda hönkürməyə başladı. Onun 4 yaşlı Fazili xərçəngdən dünyasını dəyişmişdi. Ana-atanın dünyası tamamilə al-üst olmuşdu. 2 yaşından etibarən sistemə bağlanan balaca Fazilə görə hər ikisi zor da olsa ayaqda dururdular. Amma ölümlə nəticələnən məsum həyat sevgi ilə bağlanan bu 2 insanı darmadağın edib acı ilə ayırdı. Kərim hüquqşünaslığı buraxıb kloun oldu. Xəstə uşaqların olduğu xəstəxanalarda pulsuz əyləncələr təşkil edərək hər kəsin sevgisini qazanırdı. Keçmiş həyat yoldaşı isə 2 ildən sonra başqa birisi ilə həyatını birləşirib xaricə köçdü.

***

-Hamilə olduğuna əminsən?-gənc yazar soyuqqanlı soruşdu.

-Hə,-sevgilisinin gözlərindəki parıltı anidən söndü.-Nə oldu? Uşaq istəmirsən?

-Əlbəttə istəmirəm!-az qalsın bağırsın.-Həblər qəbul etmirdin bəs?

-Edirdim, amma həkim deyir ki...-qəhər sözünü bitirməsinə imkan verməyərək göz yaşlarını üzüaşağl yuvarlandı.

-Həkim qələt edir! İtil gözümün önümdən!

Amma sevgilisi yerindən tərpənmirdi. Gənc yazar əsəbiliklə onun qolundan tutub birotaqlı evindən çıxartdı. Qapını çırpıb özünü divana sərdi. Əlnini alnına qoyub gözlərini yumdu. Hələ təzə-təzə tanınmağa başlarkən bir xanım da ondan “hamilə” qaldığını bildirmişdi, amma sonra yalan olduğu ortaya çıxmışdı.

***

Qədəhi tamamilə boşaldıb hesabı ödəyib kafedən çıxdı. Onun uşağı olacaq, amma bilmir nə etsin: Sevinsin-o qədər borc içində batarkən, yoxsa qəzəblənsin-belə bir zibilə düşdüyü üçün?! Lənət! Doğru-düzgün düşünə bilmirdi içkinin ucbatından. Arvadı isə “abort”u eşitmək belə istəmirdi. Artıq 5-ci gün idi ki, arvadı ata evinə qayıtmışdı. Boşanma gözlənilirdi. Onun uşağı olacaq, adını bilməyəcək, ilk addımlarını görməyəcək, ilk sözünü eşitməyəcək, çünki belə istəyirdi.

Evə necə gəlib çatdığını özü də bilmədi, eləcə divana sərilib yuxuya getdi. 3 gündən sonra eşitdiyinə reaksiya verə bilmədi. Uşaq stress nəticəsində çoxlu qanlar apararaq məhv olmuşdu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0316 saniye