USTAD ƏMRAH,SƏNƏ DEYİM DÜZÜNÜ....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:29 05 mart 2015 tarixində əlavə olunmuşdur

USTAD ƏMRAH,SƏNƏ DEYİM DÜZÜNÜ.... (Ə.Almalının "Cənnətə kim gedəcək"şeirinə cavab)

Ustad Əmrah,sənə deyim düzünü,
Cənnət adlı məkana kim gedəcək.
Hamı getmək istər,ancaq hər zaman
Axirəti düşünənlər gedəcək.
***
Ömür boyu ibadəti yetirən
Rəsuluna həm salavat gətirən.
Son nəfəsin Təkbir ilə bitirən,
Şəhadəti düşünənlər gedəcək.
***
Haram maldan qaçıb halal dadanlar,
Kasıbların imdadına çatanlar,
Savab işlər görən,saleh adamlar,
Mərhəməti düşünənlər gedəcək.
****
Namaz qılan,fitrə,zəkat çıxaran,
Oruc tutub sədəqəsin paylayan,
Mömin olan,sidq ürəklə inanan,
Kəraməti düşünənlər gedəcək.
****
Xeyrə ümid edib,şəri pisləyən,
Özün hər an vəsfəsədən gözləyən,
Mövlud,Sirat körpüsündən düz keçən
Qiyaməti düşünənlər gedəcək.

9.10.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0488 saniye