Ustad Qabil, duman dağı dolanır.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:38 04 yanvar 2015 tarixində əlavə olunmuşdur

        "Müsibət oluruq biz,Səhv düşəndə yerimiz..."(Qabil)

Ustad Qabil,duman dağı dolanır,
Qiyamətdir,qiyaməti görürük.
Duman yavaş-yavaş yola sallanır,
Müsibətdir,müsibəti görürük.
***
Ağ biləklər,qızıl əllər hardadır?
Tarlalarda cadar-cadar,qabardır.
Kafelərdə,restoranda,bardadır,
Qeyrətsizdə nə qeyrəti görürük.
***
Korşalıbdır pas atıbdır qılınc da,
Xaric olub pərdələri tarın da.
Suya qərqdir indi Mil də,Muğan da,
Talış çəkir bu həsrəti,görürük.
***
Yeri səhvdir bu dünyada hər şeyin-
Həftələrin,fəsillərin,günlərin.
Rəhmət sənə,düz çıxır dediklərin,
Sözlərində həqiqəti görürük.

25.05.2013.Zərdabi.(Mövlud Ağamməd)      


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0507 saniye