Ustadın gündəliyi
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 13:48 26 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Üç il əvvəl,xarici qəzetlərdə dərc edilən silsilə yazılarının müqabilində qazandığı qonararla aldığı ayaqqabısı tamam sıradan çıxmışdı.Məcburən özü yamaq vurmaq qərarına gəldi.Pinəçi qədər təcrübəsi olmasa da,orta səviyyədə ərsəyə gətirdi.Pencəyi də,ömrünü başa vurmuşdu.Astarındakı yamaqlar "məndən qurtul"deyirdi,ehtiyac içində iztirab çəkən sahibinə.O,yalnız bir yazar,yalnız bir ədib,yalnız bir ziyalı deyildi.Elm pillələrinə zamanından öncə qalxmış,bir mənəviyyat məktəbinin irfan müəllimi,eyni zamanda kamil bir ustad idi.Qəlbən və ruhən böyük bir ustad.Böyük kütlə və bu kütlənin içərisində ömürlərini maddiyata bağlamış bəzi küt beyinlər onun nə dediyini anlaya bilməzdi.O,öz zamanını qabaqlamış bir öndər,qaranlıqlarda əzilənlər üçün mücadilə etməkdən yorulmayan bayraqdar və cəsur bir ata idi.Yamaqlı pencək,yırtıq ayaqqabılar onu  zərrə qədər sarsıtmazdı.Sıxıntılarını dilinə gətirməyəcək qədər həyası,acılarını sezdirməyəcək qədər abırı,iztirablarına yenilməyəcək qədər qüruru vardı.O,çağdaş gəncliyə bir nümunə,gələcək aydınlar üçün bir idealdır.Böyük ustadın köksündə çırpan ülvi qəlbi xəstə topluma görə,o qədər əndişəli idi ki,buna yazdığı hər kəlmədə,hər misrada şahid olmaq olurdu:

"Xəstəliklərin ən dəhşətlisi-toplumun avamlıq deyilən illətdən qurtulmamasıdır."

"Önəmli olanı başın yekəliyi,balacalığı deyil,beyinin necə işləməsidir."

"Dünən yediklərimiz,bu gün bizi tox tutmaz.Mütləq olan toxluq-mənəviyyatın zəfər çaldığı gündür."

"İqtidar Allahın bəndə üçün verdiyi bir fürsətdir.Bu,əmanətə xəyanət etməyənlərin yeri şərtsiz olaraq behiştdir."

"Məmurlar əllərini xalqa zülm etmək üçün deyil,onlara sarılmaq üçün açmalıdır!"

"Millətə xidmət,xalqa sevgi,insanlığa dəyər vermək zəhmətlərin ən gözəlidir."

"Rəhbərin ədaləti,o məmləkətdəki insanların çöhrələrinə baxarkən bəlli olar."

"Ağır zamanların yeganə qurtuluşu-Adəm övladlarının bir-birinə sevgi ilə bağlanmasıdır."

"Yaradan yaratdıqlarını bir-birini əzmək üçün deyil,dirçəltmək üçün xəlq etmədimi?"

Ustadın saralmış dəftərçəsinə yazdığı düşüncələri,onun insanlığa olan sonsuz sevgisinin kiçik bir təcəssümü idi.Ustadın rəngi solmuş dəftəri yamaqlı pencəyi qədər dəyərli,yırtıq ayaqqabısı qədər qiymətli idi.Onu başqalarından fərqləndirən,onu kamillərin getdiyi atəşli yollardan sapdırmayan,ona ilham verən, bir yaradılan olaraq Yaradanın ətəyinə təmənnasız sığınmasıydı.O,bir irfan adamı,zülmə qarşı amansız bir savaşçı,haqsızlığa qarşı zəka ordusunun önündə gedən ələmdar idi...


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0291 saniye