***
saçların sərxoşdur,
gəzib dolaşır , rəqs edir,
çiyninin üstə.
sənə baxıb geyinirəm sevgini,
əynimin üstə.
yığılır baxışların,düşüncələrin,
beynimin üstə.
susursan ,danışmırsan,
dilin sanki lal kimidir,
bilirəm danışsan,
səsin şirin bir bal kimidir.
vücudunda güllər açıb,
ətrinə qaçıram arı kimi,
sancılıram sözlərim üstə.
elə ki yer tapmadın,sığmadın bu cahana,
gəl xoş gəlmisən,
sənə vardır yerim gözlərim üstə.