7 yaşlı Faiq maşının arxa salonundakı oturacağın üstündə əyləşmək niyyətində olmayıb üstünə dırmaşdı. Sükanı idarə edən atası və telefonla danışan anası aynadan oğullarının hərəkətinə baxıb bircə anlığa başlarını Faiqə çevirdilər. Faiq isə balaca əllərini maşın şüşəsinə dayayıb maraq doolu gözlərlə payızın mənzərəsinə seyr etməyə başladı.
Ata-ana 2 günlüyə Faiqi rayonda yaşayan babasının yanına gətirmişdilər. Kərim baba heç vaxt şəhər mühitinə öyrəşə bilməmişdi. Oğlu da bunu nəzərə alıb boş vaxt tapan kimi Faiqi atasına göndərərdi. 2 mərtəbəəli həyət evində tək yaşayırdı. Sevimli qadınını 10 il əvvəl vərəmdən itirmişdi.
Faiq babasını çox sevirdi. Səhərdən axşama qədər babasının əlindən tutub meyvə-tərəvəz sahələrinin, uca və iri ağacların, gül-çiçəklərin müşahidəsinə çıxırdı. Çoban iti olan Alabaşla dostluq yaratmışdı. Toyuqlara dən səpələyirdi, cücələri əlinə alıb sığal çəkərdi, amma xoruzla qəti arası yox idi. Ələlxüsusu onun yerli-yersiz banlamaları və müştəbeh görkəmindən nifrət edərdi.
Babası bircəcik nəvəsini qucağına alaraq gəzdirməyi xoşlayırdı. Faiq də toppuş əllərini babasının boynuna dolayıb onun saqqalı üzündən öpürdü. Babası mətbəxdə yemək hazırlayarkən Faiq özünü saxlaya bilməyib tələsik yanına qaçaraq irilənmiş gözlərlə tamaşa edərdi. Baba onun masa arxasında oturmasını xahiş etdikdə əmrə tabe olurdu. Masa hündür olduğundan stula qalın cildli kitab qoyulmuşdu ki, Faiqə rahat olsun. Faiq masaya dirsəklənib əllərini yanaqlarına söykədərək babasının yemək bişirməsinə seyr edirdi, arabir suallar verirdi. Atası heç vaxt mətbəxdə görünmədiyi üçün babasının hərəkətləri ona həddindən artıq maraqlı gəlirdi.
Axşama yaxın baba Faiqin əlindən tutub pilləkanlarla yuxarı dırmaşmağa başladı. İldırım çaxdı, göy guruldadı və yqğış başlandı. Faiq qorxub babasının arxasında gizlənəndə babasının qəhqəhəli səsini eşidib qorxa-qorxa ətrafa baxdı. Yenə eyni səs. Faiq hərəkətini təkrarladı. Baba qarşısında diz çöküb onun üzündən öpərək qucağına aldı. Faiq babasının boynundan möhkəm yapışıb qorxu dolu baxışlarını əskik etmədən nəfəsini tutub saxlamaqda idi. Baba ağır addımlarla bir qapının önündə dayananda Faiqi qucağından yerə qoydu. Babasının əlini tutub ona baxdı. Baba açarı cibindən çıxardaraq qıfıla saldı. Qapının açılmasına ağzı açıq tamaşa edə Faiqin gözlərindəki ifadə təəccüblə əvəz olundu. Burada çoxlu-çolxu kitablar, albomlar, çərçivələr...daha nələr-nələr vardı. Otağın bir küncündə yananaraq istilik yayan divar ocağına baxan Faiq döşəmədə, masada, rəflərdəki kitabları nəzərdən keçirtdi. Divarda müxtəlif ölçüdə asılmış çərçivələrə, döşəməyə səpələnmiş geniş ağ kağızlarda əks olunmuş şəkillərə, babasının əlindəki qədimi təsbehə, ocağa yaxın iki yekə kreslo və aralarındakı masanın üzərində şərab şüşəsi və qədəhə, otağın bir küncündəki sandıqçaya, iri və qapalı albomlara ...baxdıqca baxırdı. Otaqda işıq yox idi, əvəzində ocağın işığı vardı.
Baba albomlardan birini götürüb kresloda əyləşdi. Faiqi səsləyib dizlərində əyləşdirdi. Onun rastlaşdığı ilk nəsnə üstünə iynə sancılmış kəpənək oldu.