Utanıram
Gulay Esed tərəfindən "Digər yazılar" bolməsinə 16:23 11 mart 2014 tarixində əlavə olunmuşdur

   Yəqin kil küçələrdə, metro çıxışlarında, parklarda və.s sakitcə dayanıb gəlib gedənlərin üzünə baxaraq insanlardan mərhəmət diləyən ağbirçəkləri və əlini uzadanda göz yaşlarına hakim ola bilməyən ağsaqqaları hamımız görmüşük. Bəzilərimiz görməmişik görməməzliyə qoymuşuq, bəzilərimiz pul verib keçmişik, bəzilərimiz heç vecimizə almadan üzümüzü çevirmişik, bəzilərimiz içimizi boşaltmışıq, bəzilərimiz,……bəzilərimiz,…..bəzilərimiz…..

İnanmıram ki, bu insanları görəndə içimizdəki mərhəmət teli tərpənməsin, bu ola bilməz... sadəcə mümkün deyil. Biz soyuq havalarda isti evlərimizə tələsərkən, O kəslərin sobası kənardakıların verdiyi qəpik quruş, döşəkçəsi yıxılanda əlimizi donduran səkilər,ən ümdə xəyalları isə günlük qarın doyurmaq olur. Yox bu insanlar dilənçi deyillər, bunlar “kapitalizmin əsirləri”dir. Nə qədər ki, biz “normadan artıq” yaxşı həyat sürəcəyik, kasıbların haqqını yeyəcəyik, onları cəmiyyətdən dışlamağa çalışacağıq, bu kəslərin sayı hər gün çoxlacaq.

   Utanıram çox vaxt əlimdə yeni aldığım köynəklə magazadan çıxıb evə tələsəndə, utanıram gələcək kariyeram haqqında fikirləşib möhtəşəm xəyallar quranda, bəyəndiyim parfümün 50 manat yox 55 manata olduğunu biləndə.... bu insanları yadıma salıb utanıram öz vicdanımdan, mən nəyin dərdini çəkirəm... nə dərdlər çəkənlər var .Bəzən deyirlər ki, belə olmalıdı da, kasıb da olar varlı da, dilənçi də - o zaman anlıyıram bu sözlərin yalnız “vicdan təsəllisi” olduğunu…

Onların xəyallarının, həyatlarının puç olmasında günahkar bizik,bizlərin o kəslərə münasibətidir.

Bütün bunlar azmış kimi avtobusa minəndə belə, bəzi “nərmənaziklərin” ağızlarını büzərək yer verməməyi, -iyy nə pis qoxusu var- deyə dodaqlarını əcaib vəziyyətə salmaları, əli kiməsə dəyəndə həmin kəsin köynəyin ətəyi ilə əlini silməyi, yolpulunu verməyəndə sürücünün təhqiramiz sözlərinə dözməyi – bu insanlar sanki belə olmalıdı kimi içlərində çəkməyi öyrənmişlər. Unutmamalıyıq ki, bu insanların ailələri cəmiyyət olmalıdır, bəlkə də hamısının bir vaxtlar ailəsi olub,bəlkə də yox, bəlkə də həyatlarının hansısa mərhələsində elə bir səhv addım atıblar ki, indi o vəziyyətdədilər amma yenə də bu onlara pis davranışımız üçün səbəb deyil.

Biganə qalmayaq o kəslərə çünki, kapitalizmdə “biz” “onlar”ın hesabına yaşayırıq.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0236 saniye