Utopiya
İndigo Supernatural Abilities tərəfindən "Hekayə" bolməsinə 19:33 28 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Utopiya
O güzgüyә yaxınlaşdı. Güzgü bu gün digәr güzgülәrdәn daha fәrqli görünürdü. Elә bil nә isә çatışmırdı. O diqqәtlә güzgüyә baxırdı. Әlini güzgüyә toxundurmaq istәdi. Amma әli güzgünün içinә keçdi. Güzgüdәki әksinin isә әli bayıra çıxdı. Bu çox qәribә hiss idi. Onun beynindәki maraq hissi onu güzgünün içinә girmәyә mәcbur edirdi. Amma sanki, kimsә ona bunu etmәmәyi әmr edirdi. Bu qorxu idi. Artıq o bütün hisslәrini kәnara ataraq içәri girmәyә hazır idi. Әlini ehtiyatla güzgünün içinә saldı. Yenә dә әksinin әli güzgüdәn çıxdı. Amma bu dәfә hәmin әl onun qolundan tutdu. Onu güzgünün içinә çәkdi. O artıq güzgünün içindә idi. Onun әksi isә bayırda ona baxırdı. Beynindәki suallar onu rahat buraxmırdı.Öz xalqı uğrunda özünü fәda etmәyә,qәhrәman olmağa dәyәrdimi? O öz hәqiqәti ilә tanış olmuşdu vә bunu bütün insanlara yaymaq istәyirdi. Lakin tәrәddüd içindә qalmışdı. İnsanlıq naminә qәhrәmanlıq etmәk, tarix yazmaq, dünyanı dәyişmәk indi onun üçün utopiya ilə reallıq arasındaki incә cizgi üzәrindә dayanmışdı.Lakin bildiyi tәk bir şey var idi - İnsanlar öz qәhrәmanlarını daşlayır mәhv edir vә yüz illәr sonra ona heykәl ucaldır. O çox qorxurdu. Elә bu an bayırdakı kölgә ona dedi:
"Qorxma! Sәn hal hazırda baramadan tәzә çıxmış, qorxu içindә vә tәrәddüdlü birisәn. Sәn bu yolda tәk olduğuna inanırsan. Bu belә deyil. Amma sәn hәm dә bu yolun sonunda nә olacağını fikirlәşirsәn. Sәnә bir başa bunun nә olacağını deyә bilmәrәm.Bu yol maneәlәrlә dolu daş kәsәkli uzun bir yoldur.Lakin tarix boyu insanlıq,cәmiyyәt uğruna savaşanlar,azadlığı,hәqiqәti yayanlar olub vә әn çox da daşlanan,tәrk edilәn onlar olub.Әgәr çox maraqlıdırsa sәnә bir neçә misal göstәrә bilәrәm.
Bax Cәlilә. "Molla Nәsrәddin"azadlıq ideyasını tәbliğ etmәk üçün әsas silahı idi.Amma Molla Nәsrәddinə Allahsızlar İttifaqının orqanı dedilər. Ömrünün axır illәrindә әlyazmalarını sobaya ataraq qızınırdı.
Onun hәmkarı Sabir. Millәti oyatmaq üçün göstәrdiyi sәylәrin qarşılığında kafir adlandırdılar.
Nәsimi bәlkә dә әn böyük hәqiqәtlәrdәn birini gәtirmişdi sonunda onun da dәrisi soyuldu.
Martin Lüter King. Tezislәri vә әsәrlәri reformasiya hәrәkatının başlanğıcı oldu. O bir kitab ilә 50 minә yaxın kәndi ayağa qaldırdı. Amma imperator onu dindәn dönük adlandırdı.
Volter insan hüquqları haqqında düşüncәlәri vә fәlsәfәsi ilә mәşhur olmuşdu.O fransız inqilabı vә aydınlanma hәrәkatına tövhә vermişdir. Lakin onun da düşüncәlәri sürgün olmasına gәtirib çıxardı. Yenidәn Parisә qayıtdıqda Parisi də tәrk etmәyә mәcbur edildi.
Tomas Mor "Act of Supremacy" -nin tanrı qanunlarına qarşı olduğuna vә VIII Kral Henri-nin kilsənin başına keçməsinə qarşı çıxdığına görə edam edam edilmişdir."Minlәrlә belә misal var.Bu hәr dövrdә olub vә yenә belә olacaq.Onlar kimi sәnin dә hәqiqәtin kimlәrinsә kabusuna çevrilәcәk
Bunları dedikdәn sonra kölgә әlini güzgünün içinә, ona uzatdı. O kölgәnin әlini tuttu. Kölgә yenә onu özünә tәrәf dartdı. O bayıra çıxdı. Kölgә isә içәri girdi. Kölgәnin son cümlələri isә bu oldu:
"Unutma güclü olsan hәqiqәtin onları qorxudacaq minlәrlә insana qarşı tәk vuruşacaqsan.Sonlar eynidir,lakin,sondan sonra gәlәn әbәdilik - bax bu sәnin mükafatın olacaq.Bunu da unutma ki,hәyatda hamının güzgü vә kölgә kimi iki dosta ehtiyacı var. Güzgülәr heç vaxt yalan danışmır. Kölgә isә heç vaxt tәrk etmir!"
-Kölgə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
Müəllif

İndigo Supernatural Abilities
Haqqında
Facebook da İndigo - Supernatural Abilities səhifəsinin rəsmi Yazar.in profili.
Əlaqə
E-mail:
saptolm@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye