Uyaraq dövrana sən...
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 12:24 18 aprel 2015 tarixində əlavə olunmuşdur

Uyaraq dövrana sən daima şimşək kimi ol.
Hər kəsə lazım olan yağlı bir əppək kimi ol.

Elə rəftar elə yandırmayasan şiş-kababı,
Tük sayaq çıx yağ içindən hər an mələk kimi ol.

Qulağı kar, gözü kor et, ətrafa salma nəzər,
Kim nə deyirsə, desin, sən yabı eşşək kimi ol.

Hər kimin var sənə xeyiri, dəyəri də ona ver,
Xeyiri olmayan hər bir kəsə köpək kimi ol.

Bu cəmiyyət sevir hər an ağlayan, sızlayanı,
Sən də unutma bunu, hər zaman kövrək kimi ol.

Halalı qat harama, pul-para topla, həcə get,
Hər kim olsan da sonunda Həci Leylək kimi ol.

Sən də, Cinan, düzə düz, əyriyə də əyri de ki,
Bəsirətin gözütək daima örnək kimi ol.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0242 saniye