Üz tutmuşam suallara,
Həyatıma yağan qara.
Mənə həmdəm xəyallara
Nə bur sual, nə bir töhmət.
Məndən ötrü yağdı yağış,
Məndən ötrü gəldi sərt qış.
Məndən ötrü etdi qarğış,
Tərs yazıldı tale,qismət.
Qismətə bax, taleyə bax,
Bir də onu kim yazacaq?
Bəlkə,bəlkə, qayıdacaq...
Yenə zillət, yenə möhnət.
Mən dözürəm bu töhmətə,
Mən dözürəm bu qismətə,
Mən dözürəm bu möhnətə,
Mövlud, çəkən dözər, əlbət.
20.11.2014 / Zərdabi
Mövlud Ağamməd