Dağ-dağa rast gəlməz, insanla insan,
Rast gələr həyatda, olar üz-üzə,
Çox keçər fəsillər, çox keçər zaman,
Çoxlu ayrılanlar gələr göz-gözə.
De nə cür baxassan üzümə mənim?
Üzbəüz gələndə yada salarsan.
"Mənasız" deyirdin sözümə mənim,
Indi bir "salam"a mohtac qalarsan.
Yadinda? Əl-ələ gəzirdik bir vaxt,
Həsəd aparırdılar sevənlər belə.
Ayrıldığ. Dilədim olasan xoşbəxt,
Deyəsən heç xoşbəxt deyilsən hələ.
Xoşbəxtlik həyatda tapmadı səni,
Səbəb də özünsən, bilirsən yəqin.
Mən sənə yazdığım o mesajları,
Indi ağlayaraq silirsen yəqin.
Bəlkı dı ayrılığ çatmayır sənə,
"Barışar, qayıdar, sevər" deyirsən.
Bir vaxtlar sən özün deyirdin mənə,
Boş-boş təsəllilər verən deyilsən.
Ayrıldığ... İşimiz qalıb Allaha,
Allahın işinə qarışmıram mən.
"Gəl yenə danışağ"-üz vurma daha,
Ölən insanlarla danışmıram mən!