uzaqdakı sən
Sən An tərəfindən "Digər yazılar" bolməsinə 21:06 20 iyul 2014 tarixində əlavə olunmuşdur

                                  Uzaqdakı sən

Sənə uzaqdan baxıram.Baxdıqca da yaxınlaşmaq keçir içimdən.Yaxınlaşa bilmirəm sənə.İstəmirəm bunu.Yaxınlıqlar səni mənə uzaqlar kimi gözəlləşdirməyəcək.Bunu bilirəm.İstəyirəm sən mənə hər zaman əlçatmaz olasan.Əlçatmazlar həmişə insan xəyallarını göylərə qaldırır.Yaxınlıqlar isə bir dərədən uçuruma yuvarlayır.Yuvarlanmaq istəmirəm.Uçurumları sevmirəm.Nitşe demişkən “uçurumları sevənin qanadları olmalıdır”.Qanadlarım sənin həsrətinlə çırpınır.Hər çırpınan qanadlarlardan qopan bir lələyi küləklər sovurur səmalara.Sənsə o mavi səmalarda uçan ağ lələyi görmürsən.O lələk səndən uzaqdır.

Sənə uzaqdan baxıram.Gəlişinə,gedişinə,duruşuna,baxışına,geyiminə,saçlarına,gözlərinə.Hər baxışda yeni bir “sən” tapıram.Sən hər gün yenilənən birisən mənim üçün.Uzaqlar yeniləşdirir,yaxınlar adiləşdirir.Adiləşməyə qoymaram səni.Hər qulaq asdığım musiqidə yeni bir “sən” tapıram.Hər bir rəssamın çəkdiyi qadın portretində səni görürəm.Bir portret olaraq o lal baxışlar mənimlə danışır.

Sənə uzaqdan baxıram.Saxta təbəssümünə,saxta dostlarına.Onların “salam  necəsən” ? kimi mənasız şablon suallarına və sənin “sag ol yaxşıyam “kimi yolaverdi cavablarına.Sən bilirsən axı ki, kiməsə- pisəm desən heç kim sənin yanında olmaq belə istəməyəcək.Biz insanlar həmişə yaxşı tərəfləri fikirləşib beynimizi o tərəfdən doldururuq.Bir pis bir şey olduğunda boynu bükük məxluqlardan başqa bir şey deyilik.Elə mən özüm də bir şey deyiləm.Bir şey olmuş olsaydım sənə uzaqdan yox, ele yaxından  baxardım.Bilirsən qorxu var içimdə.Sənə yaxınlaşdıqca səni itirmək qorxusu.Uzaqdan daha gözəl görünürsən mənə.Uzaqlar səni mənə yaxınlaşdırır,yaxınlar isə uzaqlaşdırır.Uzaqdan yaxın,yaxından uzaqsan mənə.

Sənə uzaqdan baxıram.Həsrətlə baxıram,sevgi ilə,ehtirasla baxıram.Amma sən mənə baxmırsan.Çünki sən məni görmürsən.Sən məni görmədikcə də mən yoxluğa çəkilirəm.Və insanlar arasında olmuram.Sən amma varsan bütün kütlə içində.Kütlə səni öz ardınca aparır.Qoparmaq istəyirəm səni o boz kütlədən,sənsə elə yapışmısan bundan  ki,qopsan bədənində yaralar qalacaq elə bil,amma fərqində deyilsən ki,bu kütlənin içində ruhun yaralanır.Yaralı ruhunu gördükcə mənən əzablar çəkirəm.Sən tək olaraq yaradıldın,tək də olaraq öləcəksən.Nəyə lazım axı bu kütləvi düşüncənin qulu olmaq?!.İnan mənə onlar sənə heç nə verməyəcək.Yaxınlaş mənə sən özün ol,səninlə də birlikdə mən “mən” olum.Və biz olaq.Sadəcə biz...!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0272 saniye