Uzaqdan sevə də bilərəm səni
İmran Rasimoğlu tərəfindən "Şeir" bolməsinə 21:00 14 aprel 2017 tarixində əlavə olunmuşdur

Bugün də söyləmək istədim, ancaq

Fikrimi dəyişdim, dinə bilmədim.

Özümü bilməzdim belə utancaq.

Hardan mövzu tapım yenə bilmədim.

 

Könlümdən keçir ki, yanına gəlib

Söyləyim toplayıb cəsarətimi.

Bir mesaj yazaraq bəlkə risk edib

Yox edim susqunluq əsarətimi?!

 

Deməyə qorxduğum həmin o sözlər

Sabahlara, sonralara qaldılar.

Hisləri məhv etmək istədikcə mən

Əksinə, gün-gündən hey çoxaldılar.

 

Lap tutaq, tilsimi sındıraraq mən

Oturub hərşeyi danışdım sənnən

Cavabın "yox" olsa, bəs onda necə?!

Məsələ bunla da bitmir sadəcə

 

Özümə söylədim, "bəlkə həvəsdir?

Heç bir şey söyləmə, heçnə sən demə!"

Bu hissi keçici həvəsdən saymaq

Özü bir axmaqlıq imiş sən demə.

 

Düşündüm, bəlkə də tapsam birini

O qız da yəqin ki, tutar yerini.

Qəlbimdə sevgidən möhləm taxt qurar.

Tezliklə səni də o unutdurar.

 

Məntiqli gəlmişdi fikir ilk başda.

Məntiq nə gəzir ki, ağılsız başda?!

Anladım, olmuşdum qəlbim əsiri.

Nə çarə? Nə fayda? Yox bir təsiri.

 

Lüğətim yetməyir izah etməyə.

Bütün bu sətirlər sanki əbəsdi.

Kifayət etməyir izah etməyə.

"Sevirəm" deyirəm, məncə bu bəsdi.

 

Xoşbəxtlik bəxş edir sənlə ünsiyyət.

Danışsaq adi bir mövzudan belə!

Mənə yetərlidir bu cür vəziyyət.

Demək ki, yaxşısı bu imiş elə.

 

Bəlkə heç etiraf lazım da deyil.

Gizləyə bilmişəm, gizlərəm yəni.

Belə də xoşbəxtəm, narahat olma.

Uzaqdan sevə də bilərəm səni.

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

İmran Rasimoğlu
Haqqında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Kulturologiya fakültəsi tələbəsi.
Əlaqə
E-mail:
imranhajieff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0237 saniye