Üzümü çevirim tanrıya sarı
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 17:24 13 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Üzümü çevirim tanrıya sarı

Mən baxım səmaya,O mənə baxsın
Qəzəbdən qışqırım bağırım yenə
O da cavab versin, ildırım çaxsın
Elə düz önümdə çırpılsın yerə
Onun qəzəbindən qopan qığılcım
yansın alovlansın, qoy hər tərəfim
Sonra dayanmadan bir yağış yağsın
axsın,
axsın şırım-şırım hər tərəfimdən
batırsın məni qoy o göz yaşında
çay kimi dolansın bütün dünyanı
kimsəsiz sahildə atsın kənara
lap elə dünyanın o bir başında...
Ayılım üz gözüm qanın içində... 
Hələ soyumamış hirsi, qəzəbi
bir az da vuruşum çarpışım hələ
çıxarım içimdən hissi, qəzəbi
zamanın özüylə yarışım hələ...
üzümü çevirim tanrıya sarı
Mən baxım səmaya O mənə baxsın
Mən gülüm, cavabı günəşlə versin
Günəşlə nur olsun ruhuma axsın... 

... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+9=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0243 saniye