XX əsrin böhranla dolu sonları... Sovet steriotiplərinin dağılma vaxtı... Hələ Azərbaycan yeni-yeni Avropa incəsənətinə, standartına yol tapmışdı. Bu qarmaqarışıqda Bakıda Tibb Universitetində təhsil almış, “Beatles”, “Rolling Stones” kimi dünya roku dahilərinin hər mahnısını əzbər bilən rok həvəskarı, həm də jurnalistikada da özünü sınamağa çalışan birini təsəvvür edin..
Çətin gəlir, hə?
Çingiz Mustafayev - Azərbaycan musiqisində keçən əsrin sonlarında fəaliyyət göstərən ilk DJ, ilk reper, rokçu idi.
Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi “Cəmşid Naxçivanski Adına Hərbi Lisey”ə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdu.
Özünü islahatçı-novator görən Mustafayev, 1970-ci illərdə keçmiş SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaradılmışdır. Anası onu həkim görmək istədiyindən, Mustafayev 1977-ci il-də Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.
Onun “Dünənki Keçdi” mahnısı; musiqiçi, söz yazarı Rasim Müzəffərli ilə müştərək qurduqları “Ozan” qrupu; “Cəngi” birliyindəki aktiv fəaliy-yəti o dövrün gəncləri arasında çox yayılmışdı.
Onun imzasını qoydu hər iş şübhəsiz, çox gözəl-dir. İki filmdə (“Özgə Ömür”, “Yaramaz”) rol alıb.
Onun Xocalıda çəkdiyi kadrlardan 1996-cı ildə “Dəyirman” rep qrupu “Qurd” albomunda yer alan “Ya Qarabağ, Ya Ölüm!” trekinin əvvəlində remiks olunub.
O, “gənc bir oğlan hərtərəfli olub, hər sahə ilə məşğul ola bilərmi?” sualına ən optimalı cavabı vermişdi. O öz etdikləri ilə hər şeyi sübut etmişdi. Niyə də olmasın?!
Onun haqqında çox söhbətlər gedib, mahnılar yazılıb. Bu isə qısa arayış idi. Daha ətraflı informa-siyanı oxuyucularımızın ixtiyarına veririk. Biz onun incəsənt yönünü açmağa çalışdıq.
Çingiz Mustafayev – indiki Azərbaycan gəncinin, jurnalistikasının yeni simvolu...
"Amneziya" jurnalı, Aprel, 2017, №01